Hüquqi yardım

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və ödənilən rüsumlar.
02 Okt

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və ödənilən rüsumlar.

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və ödənilən rüsumlar.

Daşınmaz əmlakın alqı-satqısının xüsusiyyətləri.

Daşınmaz əmlak (mənzil, torpaq sahəsi, qaraj və s.) satılarkən aşağıdakı sənədlər tələb olunur:

1) Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd - yəni çıxarış (kupça)

2) Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış

Qeyd olunan arayış alqı-satqı zamanı notarius tərəfindən verilir.

3) Nikah haqqında şəhadətnamə -mMülkiyyətçi nikahdadırsa, onun

4) Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı

Azərbaycan Respublikasnın Ailə məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayıldığından birgə nikah dövrü ərzində alınan əmlak satılarkən mütləq tərəflərin hər ikisinin razılığı olmalıdır.

5) Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.

Belə razılıq qeydiyyata olan şəxslər tərəfindən verilmədikdə mülkiyyətçi qeyd olunan şəxslərin mülkiyyətndə olan əmlakdan istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.

Həmin şəxslərin mülkiyyətdən istifadə hüququna məhkəmə tərəfindən xitam verildikdən sonra, artıq alqı-satqı zamanı onların razılığına zərurət olmur.

Məhkəmə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvlərininin (Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), habelə onun uşaqları və valideynləri nəzərdə tutulur) istifadə hüququna xitam verərkən mülkiyyətçi tərəfindən bunun əvəzində həmin şəxslərə kompensasiya ödənilməsini müəyyən edə bilər.

Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlananda həm alıcı, həm də ki satıcı şəxsən iştirak edə, və yaxud hər iki tərəfin yerinə etibarnaməyə əsasən onların nümayəndələri iştirak edə bilər.

Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 20 mаnаt, хidmətə görə tutulаn hаqq – 3 mаnаt təşkil edir

Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:

Bаkı şəhərində - dövlət rüsumu 250 mаnаt, хidmətə görə tutulаn hаqq 37.5 mаnаt

Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 175 mаnаt, хidmətə görə tutulаn hаqq 26.25 mаnаt

digər şəhər və rаyоnlаrdа - dövlət rüsumu 125 mаnаt, хidmətə görə tutulаn hаqq 18.75 mаnаt.

Bundan başqa, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 218.4.3. və 218.4.5-ci maddələrində qeyd edilmişdir ki, daşınmaz əmlak satılarkən sadələşdirilmiş vergi tutulur. Həmin vergi Vergilər Məcəlləsinin 220.8 və 220.8.1-ci maddəsinə əsasən əmlakın qiymətindən aslı olmayaraq yerləşdiyi zonaya və əmlakın sahəsinə uyğun olaraq hesablanır.

Hər kv.m. üçün 15 manat

Əmlakın yerləşdiyi zonaya uyğun olaraq isə 1,20 manatdan 4 manatadək əmsal.

Şəsxlər 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini satdıqları halda bu vergini ödəməkdən azad olunur.

Həmçinin, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi də vergidən azaddır.

Misal:

Siz mülkiyyətinizdə 3 ildən az müddət ərzində olan, Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 130 kv.m. sahəsi olan mənzili satmaq istəyirsinizsə onda sizdən sadələşdirilmiş vergi növbəti qaydada tutulacaq:

130 kv.m. sahənin 30 kv.m. vergilər məcəllsinin 218-1.1.5.3-cü maddəsinə əsasən vergidən azaddır.

Qalan 100 kv.m vurulur 15 manata və əmlak Bakının mərkəzi rayonlarında yerləşdiyi üçün 1-ci zonanın əmsalına (4 əmsal).

(130-30)*15*4=6000

Beləliklə Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 130 kv.m. sahəsi olan daşınmaz əmlak satılarkən sizdən 6000 manat sadələşdirilmiş vergi tutulacaq.

Qeyd olunan verginin yoxlanılması üçün növbədi yazıya basmaqla keçid edib Daşınmaz əmlak müqavilələrində verginin hesablanması kalkulyatoru vasitəsi ilə vergini özünüz də hesablaya bilərsiniz.

Həmçinin, qeyd etmək lazımdır ki, mənzil alqı-satqısı zamanı həm alaıcının həm də ki satıcının rast gəldikləri problemlərdən biri də yaşayış sahəsində qeydiyyatda olan şəxslərin razılığının alınmasıdır. Qanunnvericiliyə əsasən mənzil satılarkən qeydiyyatda olan bütün şəxslərin razılığı gərəkdir, lakin bəzi hallarda həmin şəxsləri ya tapmaq mümkün olmur ya da ki, onlar razılıq verməkdən imtina edir. Belə olan halda həmin şəxslərin məhkəmə qaydasında qeydiyyatdan çıxarılma məsələləri qaldırılmalıdır. Bununla bağlı ətraflı məlumatla növbəti məqaləmdə əldə edə bilərsiniz.

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan necə çıxarılır?

#daşınmaz əmlak # əmlak # daşınmaz əmlakın alqı-satqı müqaviləsi # daşınmazəmlak # daşınmaz əmlak.az # əmlak vergisi nədir # əmlak vergisi online ödəmə # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Pervane shirinova 2022-05-31 22:58:24

    Salam ev qaracuxurda 100 kv m dir ,3 ilden azdir adimdadirsa alqi satqi zamani dovlet rusumu ne qeder odenecek.

    Dövlət rüsumu 320 manat təşkil etməlidir. Qaraçuxur qəsəbsəi 3,4 zonalara aid olduğu üçün vergi hesablaması bu cür aparılmalıdır:(100-30)*15*2,2=2310 manat. Cəmi 2630 manat. Lakin dəqiq rəqəmi müəyyən etmək üçün çıxarışa baxmaq lazımdır. İstənilən notariat kontoruna müraciət etsəniz satılan daşınmaz əmlaka görə ödənilən dövlət rüsumunun dəqiq rəqəmi haqqında məlumatı əldə edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Cavadova revane 2022-06-28 19:33:32

    Wemkir rayonun saritepe kendinde evimiz var 12 sotun icinde evdi.20 mine satmisig dovlet rusumu 1100manat tutub bwle olmalidir?

    Daşınmaz əmlakın vergisi əmsala görə fərqlənir. Əmsalı öyrənsəniz yuxarıda göstərilən düsturla vergini hesablaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Sara 2022-07-31 17:01:14

    Salam Yevlax rayonunda bina evi 35kv metirdi biz 20 ildi qeydiyyatdayam satarkən dövlət rüsumu nə qədər olar birde alqı satqı edərkən pul banka köçürülməlidir bu haqqda məlumat verərdiniz birinci necə etmək lazımdır zəhmət olmasa deyərdiniz

    Salam.İstənilən notariat kontoruna müraciət etsəniz satılan daşınmaz əmlaka görə ödənilən dövlət rüsumunun dəqiq rəqəmi haqqında məlumatı əldə edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Ramal usubov 2022-08-07 03:50:48

    Salam bizim nerimanov rayonu saat qullesi deyilen binada 2otaqli 50kv evimiz var. Nenemin evidir. Ve biz o evi satmaq isteyirik. Qadin yasli oldugundan satisi menim ohdeliyime vermek isteyir. Ve bunun ucun mene hansi senedler lazimdi? Ve dovlet vergisi ne qeder olacaq 50kv ev ucun? Zehmet olmasa cavablandirasiz

    Salam. Nənəniz mənzilin satılması üçün sizə etibarnamə verə bilər. Rüsum və vergi barədə məlumat alqı-satqı zamanı notariat kontoru tərəfindən sizə tam veriləcəkdir. Vəkil Qulam İsmayılzadə
  • Eldəniz Kamallı. 2022-08-08 13:43:56

    Salam.Mən mənzil satarkən mənzil kommunal təsərrüfat birliyindən (jekdən)hansısa bir arayış lazımdirmi?.

    Salam. Forma 2 tələb olunur, lakin onu siz ASAN xidmətdən də ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Sultanova 2022-08-09 09:55:24

    Salam biz evimuzi satmaq isteyurik.Pulunun yarisini indi odeyib qalan hisseni yari yari vermek isteyirler ve tam pul odendikden sonra evi alan seksin adina kecirmek olar???

    Bəli, bunun üçün siz bütün şərtlər əks olunan müqavilə tərtib etməlisiniz. Vəkil Qulam İsmayılzadə
  • Akif yusifov 2022-08-11 15:07:43

    Salam biz evimizi satiriq ev atamin adinadir.menim yoldawim yeni atamin gelini (resmi nigahli yoldawim hemde evde qeydiyyatdadir)imza atmasa ev satila biler yoxsa vacibdir imzasi??

    Salam. Əgər yoldaşınız satılan mənzildə qeydiyyatdadırsa onda onun da razılığı tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • İlyasova Mehriban 2022-08-12 10:50:43

    Salam.Mən 20 sotun içində 10sot və evi satmaq istəyirəm. Qeydiyyatda heç kim yoxdur. Çıxarış mənim adımadı. Necə sata bilərəm? Torpaq və ev nənəmdən anama. anamdan mənə keçib. İkisi də rəhmətə gediblər. Təşəkkürlər.

    Salam. Sizin yazdığınızdan görünür ki, hər bir şey qaydasındadır. Belə olan halda sadəcə notariat kontoruna yaxınlaşaraq alqı-satqı müqaviləsi bağlaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Hüseynova Asya 2022-08-15 12:52:02

    Salam .Men öz payıma düşen pay toprağını aile üzümlerin olmadan alqı -satqı ede bileremi? Xahiş edirəm cavablandırın.

    Salam. Sata bilərsiniz amma bunun üçün ilk növbədə torpağı digər payçılara təkilf etməlisiniz. Yani digər payçıların almaqda üstünlük hüququ var. Əgər siz digər payçılara təklif etsəniz və onlar 45 gün ərzində sizə düşən payı almasalar onda digər şəxslərə də sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • FƏXRİ 2022-08-17 11:17:21

    Salam 2006 ci ilde qeyri notaryal qaydada alqi satqi edilib (əl yazmasi ilə) Bu ə l yazmasi ilə edilən alqi satqi hüquqi cəhətdən qüvvədədir ya yox heç bir notaryal xidmət aparilmayib zəhmət deyilsə bu barədə məni məlumatlandirardiz

    Mülki Məcəlləyə əsasən daşınmaz əmlakla bağlı bağlanan bütün müqavilələr notarial qaydada bağlanılmalıdır. Hər-hansı bir digər formada bağlanılmış müqavilələr etibarsız hesab edilir. Vəkil Qulam İsmayılzadə
  • Vüqar İslamlı 2022-08-23 19:36:39

    Salam.Bakı şəhərində ev alıram,ev alqı satqısı zaman qeydiyyatda olmayan ev sahibinin övladının razılığı lazımdırmı,ya onsuz alqı satqı etmek olacaqmı?

    Salam. Xeyr lazım deyil. Vəkil Qulam İsmayılzadə
  • Musa Nagiyev 2022-08-23 22:21:32

    Salam men qaraj aliram qarajin seneti 1995ci ilde Icra hakimiyyetinin serecamidi.. Bunu bele olan halda ilkin alqi satqi etmek olar ya davernusla alim.. Hansi daha tehlukesizdi?

    Salam. Daha təhlükəsiz yolu onu özəlləşdirilmədən sonra almaqdı. Yəni, satıcı özəlləşdirir sonra satır. Vəkil Qulam İsmayılzadə
  • Kamalə Babayeva 2022-08-24 15:47:18

    salam.evi mənə satan bişaldıb evin təhvil vermirsə neynəyim.mùqavilədə 1ay gözləməyim qeyd olunub.sonra hansı addım atmalıyam?

    Salam. Siz ya güc vasitəsi ilə onu özünüz çıxartmalısınız ya da bu barədə məhkəməyə müraciət etməlisiniz. Vəkil Qulam İsmayılzadə
  • Hasan 2022-08-26 16:00:37

    Salam mənim evim var 2 otaqlı evimi satmaq istəyirəm kupça mənim adımadi amma qardasimda prapiskadadir ondan razılıq almagim lazımdır yada yox ?

    Salam. Bəli, mənzil satılarkən qeydiyyatda olan bütün şəxslərin razılığı tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • Hasan 2022-08-27 01:05:44

    Cavabınız icin çox sağolun gardasim turkiyede yaşayır burda ki notariusdan ne diye kagiz almalıyıq və bunu tərcümə elettirip evi satmaq istəsəm olarami

    Salam. Qardaşınız Azərbaycan Respublikasınının Turkiyədə yerləşən səfirliyinə yaxınlaşaraq mənzili satılmasına etiraz etməməsi haqqında ərizə yazdıra sonra həmin ərizəni poçt vasitəsi ilə sizə göndərə bilər. Vəkil Qulam İsmayılzadə
  • Səməd məmmədov 2022-08-27 10:55:51

    Salam.Evi adıma keçirtmək isdəyirəm. Evin sahibləri Rusiya vətəndaşdarıdı. Onların hamısı rəsmi qaydada davernusla razılıq veriblər bir bircə kurəkəni Aərbaycan vətəndaşıdır Rusiyada yaşayır onunda razılığı olmalıdırmı? Köməklik gösdərərdiz zəhmət olmasa.

    Salam. Əgər kürəkən də almaq istədiyiniz mənzildə qeyddiyyatdadırsa onda onun da yazılı razılığı mütləqdir. Vəkil Qulam İsmayılzadə
  • Rəhim Kərimov 2022-08-28 20:31:49

    Salam. Men ev alıram 60 kv-liq.Asan xidmetde menim ne qeder elave xərcim cixacaq?

    Salam. Rüsumları notariat kontorundan maraqlana bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Nəvai Orucov 2022-08-30 16:33:13

    Yasamal rayonu Yeni Yasamal gəsəbəsində 52 kv mənzilin notarial gaydada algı-satgısına və çıxarışın başga ada keçməsi neçəyə başa gəlir

    Salam. Rüsumları notariat kontorundan maraqlana bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Nurlan 2022-08-30 23:02:22

    Salamlar. Faktiki Yaşadığım ünvan Xalqlar Dostluğu Bəhruz Nuriyev16a Ev 40kv 3 ildən çoxdur ki, qeydiyyatdayam. Evin sahibi tərəfindən mülkü etibarnamə var və evin sahibi belə bu evdə qeydiyyatdadır ama 1 ildir. Notariat kontorlarina 3 il öncə müraciət etdikdə məlumat üçün hardasa alqı satqı zamanı 1800-2000azn lazımdır bildirdilər Bilmək istərdim əgər ümumi rusumlarda dəyişikler olunubsa yuxarıda qeyd etdiyim ünvana və sahəyə görə ne qədər məbləğ tələb olunur hal hazırda alqı satqı zamanı? Və mən etibarnamə ilə ev sahibini qeydiyyatdan çıxarda bilərəm? Mülkü etibarnamə ilə? Tewekkurler.

    Salam. Xeyr siz etibarnamə əsasında mülkiyyətçini qeydiyyatdan çıxarda bilmərsiniz, və ümumiyyətlə etibarnamə ilə daşınmaz əmlak almaq olmur. Əksinə ev sahibi sizin qeydiyyatdan çıxarılmanızla bağlı məhkəməyə müraciət edə bilər, sizə verilən etibarnaməni isə istənilən vaxt notariusa yaxınlaşaraq ləğv edə bilər. Rüsumu zəhmət olmasa notariusdan dəqiqləşdirin, bu hüquqi sual deyil. Vəkil Qulam İsmayılzadə
  • Talıbov Bayram 2022-08-31 13:05:12

    Salam mənim evim qardaşımın adınadır qardaş hal hazırda Rusiyadadır mən evi satmaq istəyirəm qardaşım mənə necə etibarnamə verə bilər? Evdə heç kim qeydiyyatda deyil, qardaşımın nigahı var yoldaşının da icazəsi olmalıdırmı etibarnamə də?

    Salam. Qardaşınız sizə gərək etibarnamə göndərsin və arvadının evin satılmasına razı olması haqqında notarial qaydada təsdiqlənmiş ərizə. Vəkil Qulam İsmayılzadə
  • Zeyneb 2022-09-04 14:43:11

    Salam . Yeni Yasamal Alatava kucesinde resmi 103 kv yasayis sahesi 86 kv olan menzildir . 3 ilden az muddetdir. Dovlet rusumu ne qeder olacag?

    Salam. Rüsumları notariat kontorundan maraqlana bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Qalib Qarayev 2022-09-25 15:31:21

    Salam hərvaxtınız xeyir olsun. qeydiyyatd olduqum ünvannan çıxarılmağım üçün əmlak payı tələb eləməyim üçün mənə məsləhət verərdiz.

    Salam. Siz yalnız ailə üzvü olduğunuz təqdirdə qeydiyyatdan çıxarıldıqda kompensasiya almaq hüququna maliksiniz. Vəkil Qulam İsmayılzadə
  • Əli-zade Naidə. 2022-09-26 16:10:29

    Salam.Yaxin günlərdə mənzil algi-satgimiz baş tutacag.Satan tərəf bizik.2 otagli,köhnə tikili,kupçali bina evidir.Bilmek isterdim 50 kv.m bizdən nə gədər rüsum tutulacag?

    Salam. Bu barədə yaxınlıqdakı notariusdan məlumat ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Əli-zade Naidə. 2022-09-29 12:59:12

    Salam.Bilmək istəyirəm,mənzil aldigda,həmin mənzilin dondurulmuş borcu olub olmamasini hardan öyrənə bilərəm?

    Salam. Mənzilin borcu olmur mənzilin sahibinin borcu ola bilər. Mənzil girov qoyula bilər, yüklülüyün yoxlanılması üçün isə notariusdan Forma 1 adlı sənəd ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Sevda Əli-zadə 2022-09-29 14:19:12

    Salam.Bilmək istərdim,mənzil algi-satgisi notariusda etmək məsləhətdir yoxsa Asan xidmətdə?Bunlarin arasinda hansisa bir fərg var,yani algi-satginin baş tutmasi harda oldugu?

    Salam. Daşınmaz əmlakın alqı-satqısı istənilən halda notariusda baş tutur. Yani siz ASAN xidmətə getsəniz də ordakı notariusda baş tutacaq. Onun üçün fərq etməz, onların hamısında rüsumlar eynidi. Vəkil Qulam İsmayılzadə
  • Əli-zade Naidə. 2022-10-01 18:19:09

    Salam.Bilmək istəyirəm mənzili satib,geydiyyatdan çixib bir neçə vaxt sonra geydiyyata düşmək mümkündür?Öncədən təşəkkür edirəm.

    Salam. Mənzilinizi satdıqdan sonra qeydiyyatdan çıxsanız yenidən həmin mənzilə qeydiyyata düşmək üçün mənzilin yeni sahibinin razılıqı lazım olacaq. Vəkil Qulam İsmayılzadə
  • İmanov Rüfət 2022-10-03 06:12:10

    Satacağım evdə əmim oğlü propiskadadır. Amma indi o həbs olunub. Mən ondan necə var hansı qaydada etibarnamə ala bilərəm ?

    Salam. Əslində qanuna əsasən onu cəza çəkdiyi müəsissənin rəisi notarius funksiyası daşıyır bu halda. Yəni siz əminiz oğluna əmlakın satılmasına razılıq ərizəsini yazıb cəzaçəkmə müəsissəsinin rəisinə təsdiqlədərək sizə göndərməsini xahiş edə bilərsiniz. Hər hansı səbəbdən bu mümkün olmasa isə gərək onun qeydiyyatdan çıxarılması ilə bağlı məhkməyə müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə
  • Sevda Əli-zadə 2022-10-04 18:59:22

    Salam.Bilmək istərdim,çixarişli olan mənzil satilanda,və orda vərəsə olan övladlarin adi geyd olunubsa,ayrica vərəsəlik arayişina ehtiyac varmi?

    Salam. Sualınız aydın deyil. Vəkil Qulam İsmayılzadə
  • Sevda Əli-zadə 2022-10-05 12:22:04

    Salam.Ev anamin adinadir.Atam rəhmətə gedenden sonra öz adina keçirib evi.Çixariş var.Vərəsələrin adlari geyd olunub.Iki ogul bir giz.Ogullar evlidi.Yoldaşlari bu eve geydiyyatda deyil.Bilmek isterdim ev algi satgisinda gardaşlarimin yoldaşlarinin raziligi olmalidir?

    Salam. Xeyr, bu halda qeyd etdiyiniz şəxslərin razılıqları tələb edilmir. Vəkil Qulam İsmayılzadə
  • Osmanov 2022-10-09 12:43:45

    Salam. Alqı-satqı edən zaman,qeyd edim ki müqavilə əsasındadır evin sənədi,bu zaman ödəniş hansı tərəf ödəməlidir?

    Notarial qaydada daşınmaz əmlakın alğı-satqısı üçün tələb olunan sənədlərdən biri mülkiyyət hüququna dair sənəd, yəni çıxarışdır (kupça). Bu sənəd yoxdursa, adi yazılı müqavilə əsasında mənzili digər şəxsə sata bilərsiz, bu zaman rüsum tələbi yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Sərxan 2022-10-12 23:09:40

    Salam 1kupçada olan 4 nəfərdən pay torpaq almaq üçün əvvəlcə mülki etibarnamə aldım yoldaşimin adınaki uyğun vaxtda öz adıma alqı satqı edərəm.Asan xidmətdə dedilər ki yoldaşın sənə sata bilməz. Bu nə ilə əlaqədardır? İkinci sualım həmin bu kupcatadaki 4 hektardan 2 sini alacaq idim. Üstünlük hüququna dair ərizə tələb etdilər ki 2 sinin payı satılır ikisi qalmaq ücun. Yenədə aldığımız mülki etibarnamə ilə sahibinin adından ərizə verə bilmədik.asan xidmət deyirki etibarnamade ərizə verə bilər yazsada bu keçmir.yalniz özü olmalidi. Bu nataruz xamdi yoxdu surundurmecilikdi bu?

    Salam. Etibarnamə verilən şəxs etibarnamədə göstərilən əmlakı öz və ya yaxın qohumunun adına sənədləşdirə bilməz. Vəkil Qulam İsmayılzadə
  • vefa 2022-10-28 13:03:38

    Salam , yeni yasayis binalarinda ev alarken hansi senedlerin olmasina diqqet etmelyik ?Umumiyyetle alqi satqi prosesinin prosedur qaydalari necedi ? Bu sahede hec bir melumatim yoxdur, xahis edirem komek ederdiniz.Tesekkurler!

    Salam. Qeyd olunan mənzillər MTK (və ya MMC) ilə bağlanan müqaviləyə əsasən alınır. Aldığınız şirkətin sağlamlığı ilə bağlı araşdırma aparıb sonra müqavilə bağlamağınız tövsiyyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Seymur 2022-10-28 14:56:24

    Salam qeyri yaşayış sahəsi məs qarajın alqı satqısı necə olmalıdı vergi tələb olunurmu 21 kv xahiş edirəm münasibətinizi bildirəsiniz

    Salam. İstənilən daşınmaz əmlakın alqı-satqısı məhkəmə vasitəsi ilə həyata keçirilməlidir, ödəniləcək rüsum haqqında notariusdan dəqiq məlumat ala bilərsiniz ona görə ki qiymət əraziyə görə dəyişir. Vəkil Qulam İsmayılzadə
  • vefa 2022-10-31 12:01:12

    Salam , Maliyye arayisi senedine esasen ev almaq olar ?

    Salam. Maliyə arayışı ilə yanaşı müqaviə də olmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Asfaram Mehran 2022-11-01 14:23:09

    Salam. Abseron rayonu Saray qesebesinde ev alqi satgisi olunub. evin telefon nomresi mənim adimda idi. Alqi satqi 2021 dekabr ayinda olub.2022 ci ilin may ayinda ev sahibi mənim icazəm olmadan telefonu oz adina kecirib. Mənim icazem olmayib, aliciya muvəqqəti istifadəyə vermisəm telefonu.İndi oz evimə həmin unvanda(kucə eyni ev nomresi basqa) ala bilmirem.Aztelecom imtina edir bu isden.Hara muraciet ede bilerem?

    Salam. Bu əmlakla bağlı məsələ deyil. Hər halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (keçmiş Rabitə Nazirliyi) yazılı qaydada müraciət etsəniz rəsmi cavab alarsınız və o rəsmi cavaba uyğun olaraq hərəkət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Emin 2022-11-15 11:06:02

    Salam hormetli vekil xaiw edirem cavablandirin, men torpaq almiwam notarius da alqi satqli olunub ama, olunan alqi satqi ne arxive oturmuyub nedeki notarius sistemine men onu yeniden alqi satqi etmeliyemmi?

    Alqı-satqı notarial qaydada olursa avtomatik sistemə düşür. Ola bilsin sizə etibarnamə veriblər bu isə alqı-satqı sayılmır. Vəkil Qulam İsmayılzadə
  • Zəminə 2022-11-17 20:25:58

    Salam,ev alqı satqısı zamanı bank xərclərini kim ödəməlidir,alıcı ya satıcı.

    Salam. Bu məsələ qanunla tənzimlənmir, tərəflərin razılığına uyğun olaraq həll edilir. Vəkil Qulam İsmayılzadə
  • Məmmədzadə Şəhriyar 2022-11-17 21:56:31

    Salam. Almaq istədiyim evin sənədi keçmiş sovxoz tərəfindən verilmiş pay torpağın sənədidir. Alqı satqını necə etsəm gələcəkdə mənim üçün təhlükəsiz olar?

    Salam. Daşınmaz əmlakın alqı satqısı notarial qaydada həyata keçirilməlidir. Vəkil Qulam İsmayılzadə
  • Ramil Nağıyev 2022-11-22 20:36:51

    Salam. Xırdalan şəhərində ev alıram, ev güzəştli ipotekadadır. Sahəsi 64 m²-dır. Satıcı 3 ildən çoxdur həmin evdə qeydiyyatdadır. Rüsum(vergi) ödənilməlidirmi, ödəniıməlidirsə nə qədər? Əvvəlcədən təşəkkür.

  • Məharət Şeydayev 2022-11-22 21:23:46

    Salam . Abşeron rayonunda 4 sot torpaqin 2 sotunu satiram .Mən satan şəxs olaraq nəqədər vergi ödəməliyəm

    Salam. Notarisusa müraciət edin sizə dəqiq cavab verəcəklər. Vəkil Qulam İsmayılzadə
  • Quliyeva Sevinc 2022-11-24 20:34:17

    Salam.Mənim Beyləqan rayonunda əkin üçün 55 sot pay torpağım var .Qardaşıma hədiyyə vermək istəyirəm.Onu sənədləşdirmək üçün dövlət rüsumu nə qədərdir?

    Salam. Rüsumların məbləği barədə dəqiq məlumatı notariat kontorundan ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Ələkbərov İlgar 2022-11-27 23:25:40

    Salam Mənim yaşayiş evimdə 15 ildir geydiyatdadam əmlakim 200 km2 Algi satgi ucün mən nə gədər vergi ödəməliyəm?

    Salam. Bu halda vergidən azadsınız. Vəkil Qulam İsmayılzadə
  • İlgar Ələkbərov 2022-11-28 18:47:22

    Salam Mənim evim 6 mənzildən cəmi 308kv.m ibarətdir bu barədə 2000ci ildə əmlak komitəsindən geydiyat vəsigəsi verilmisdi amma səhsiyət vəsifəsinidə həmən mənzillərin birinin nömrəsi geyd edilib.İndi həmin mənziləri satmag gərara gəlmişəm bütov mənziləri.həmin evdə 2000 ci ildə yaşayiram butun komunal xərcləri ödəyirəm .Satarkən mən rüsum ödəməliyəm mən hörmətlə

    Salam. Rüsumlar haqqında məlumatı Notariat kontoruna müraciət edərək dəqiqləşdirə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Alizada Shahin 2022-11-29 12:44:50

    Salam. Mən hərbiçiyəm. Anamin adina olan evi men güzəştli ipotekayla ala bilərəm?

    Salam. Xeyr ala bilmərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elşən Lətifov 2022-12-07 17:08:19

    Salam Bina evini alarkən hansı rüsumları alıcı ödəməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

    Salam. Məqalədə yazılıbdır, əlavə məlumatı isə Notariat kontorundan ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Sahilə Əliyeva 2022-12-09 02:21:18

    Salam, atamın adına evi öz adıma almaq istəyirəm, evdə qeydiyyatda heç kəs yoxdur (ailə üzvləri qeydiyyatda deyil, anam sağdır nikahları var). Alqı-satqı etmək üçün kimlərin icazəsi olmalıdır və harada etməliyik?

    Salam. Ananızın notarial qaydada razılıq ərizəsi lazmdır. Alqı satqı notariat kontorunda həyata keçirilməlidir. Vəkil Qulam İsmayılzadə
  • Rəhimə Novruzəliyeva 2022-12-09 10:29:26

    Salam.xahiş edirəm suallara konkret cavab yazın. 1)Şəki şəhərinin mərkəzində ümumi sahəsi 47.48kv.m yaşayış sahə 28.58 kv.m olan kupçalı iki otaqlı mənzilin alqı satqı rüsumu necə hesablanır və dəqiq neçə manatdır?Qeydiyyat və yaşayış 1985 ci il. 2)rəsmən boşanmış keçmiş ər arvad arasında alqı-satqı ola bilərmi?məsələn qadın evi keçmiş ərinə sata bilərmi? Xahiş tez cavab yazın. 2)

    Salam. Dəqiq rüsumu müəyyən etmək üçün notariat ofisinə müraciət edin, çünki rüsumlar əmlakın yerləşdiyi yerə görə dəyişir. Bəli keçmiş ər arvad arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlana bilər. Vəkil Qulam İsmayılzadə
  • Aqil İsayev 2022-12-16 21:30:46

    Salam.mənim satmaq istədiyim mənzil 87 kv m dir .Bakı şəhəri Nəsimi rayonunda yerləşir.Mənzil söküntü ilə əlaqədar olaraq (pilot layihə) əvvəlki mənzilin əvəzində verilib,ödəniləcək rüsum necə hesablanacaq.Yeni çıxarış qaydaları əsasında ya köhnə çıxarış.

    Salam. Bu suala daha ətraflı notariusdan cavab ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Eldəniz 2022-12-21 20:24:47

    Alqi satqi zamani rüsumu satici ödəyir yoxsa alici

  • Ağa 2022-12-25 10:33:58

    Salam, bizim heyet evi Qarafag rayonu Sixlar qesebesinde yerlesir, kupcasi ve torpagin cixarisi var. 5 sotun icinde 1.20 sotunda 2 mertebeli ev tikilib atamin adindadir amma qeydiyyatda deyil 5 ildir tikilib. Qeyd olunan evi 40.000 manata satmaq isteyirem 240 kv ucun ne qeder rusum odemeliyem? Zehmet olmasa bu barede melumat vererdizde.

    Salam. Bu barədə Notariat kontoruna müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Babayev Bextiyar 2023-01-04 21:44:10

    Salam, yeni tikili binada menzil almaq isteyirem ,xahis eliyirem melumat vererdiz, hansi senedle menzil ala bilerem qanuni olsun, Elit parkin tikdiyi binalar var Zaqatala rayonunda, ilkin odenis ile almaq isteyirem, teşekkürler

    Salam. Çıxarışsız binadırsa müqavilə əsasında alacaqsınız, sadəcə almamışdan əvvəl ilkin araşdırma aparıb MTK-nın sağlamlığına diqqət yetirin ki, sonra mənzil ilə bağlı problemlər yaşamayasınız. Vəkil Qulam İsmayılzadə
  • İlqar Məcidli 2023-01-08 07:36:24

    Salam. Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı. Paylı mülkiyyət olan daşınmaz əmlakın satışı zamanı bu halda satılan pay hissəsində qeydiyyatda olan şəxslər nəzərdə tutulur?

  • Namig Abdukarimov 2023-01-09 07:24:47

    Salam Qulam bəy, Mən ev almaq istəyirəm, evin indiki sahibi evi alqı-satqıdan 2 ay sonra boşalda biləcəyini deyir. Evi makler vasitəsi ilə tapmışıq. Maklerdə 1 ay qanuni haqqıdır qalmaq deyir. İnternetdə nə qədər axtarsamda maddəni tapa bilmədim. Zəhmət olmasa məlumat verə bilərsiniz?

    Salam. Bunu tənzimləyən norma yoxdur. Evi boşaltmaq üçün 1 ay vaxt alqı-satqı adəti kimi formalaşıbdır amma qanunla alıcı tərəfindən satıcıya köçmək üçün vaxt vermək öhdəliyi yoxdur. Vəkil Qulam İsmayılzadə
  • Babayev Bextiyar 2023-01-09 19:49:30

    Salam, cixarişsiz yeni tikili binada alqi satqini notarial qaydada heyata kecirsem bunun gelecekte her hansi problemi olma ehtimali varmı, hansi qaydada notarial usulla heyata kecirim, ilkin odenisle almaq isteyirem xahis eliyirem melumat vererdiz, teşekürler .

  • Babayev Bextiyar 2023-01-09 19:54:09

    Salam, nmrenizi versez sizden deqiq melumat almaq isteyirem ..

  • Farid Balabayov 2023-01-13 22:39:32

    Salam neçənci ildən ev alqı satqısında depazit Məsələsi qüvəyə minib ?

    Salam. Əgər pulun notarisun depozitinə qoyulmasını nəzərdə tutursnuzsa onu gərək notariusdan aydınlaşdırasınız. Vəkil Qulam İsmayılzadə
  • Əli 2023-01-14 21:38:31

    Məcburi köçkün statusu olan şəxs Bakıdakı əmlakın satışı zamanı (yaşayış qeydiyyatı satış edilən əmlakda deyil, məcburi köçkün olduğu ünvanadır) vergidən azad olunur?

  • Aslan mikayilov 2023-01-15 20:42:35

    Nasimi royonuda mana maxsus 12km.19km qeyri yawayiw yerim var istayirsm birini qizima o birini ogluma bagiwlayam prasedura necadi dovlat rusumu naqadar olacaq Avvalcadan minatdarliq bildiriram Aslan

    Salam. Yerli notariat kontoruna müraciət etsəniz ətraflı cavab alacaqsınız. Vəkil Qulam İsmayılzadə
  • Muraz Alasgarov 2023-01-18 03:32:09

    Salam, menzilde qeydiyyatda olan şəxs tərəfindən alqı satqı üçün razılıq ərizəsi verildikdə, menzil satılandan sonra avtomatik olaraq hemin şəxs qeydiyyatdan çıxarılır?

    Salam. Xeyr, o qeydiyyatda qalır. Vəkil Qulam İsmayılzadə
  • Adil Orucov 2023-01-18 19:14:01

    salam axsaminiz xeyir. Menzil Qaynananın adınadır. Bosanma baş verib, lakin qadının hemin menzilden istifadə hüququ mehkeme qaydasında saxlanılıb. Arvadın oğlu başqa qadınla evlənməklə həmin mənzildə yaşayır. İstifadə hüququ almış qadın isə başqa kişi ilə evlənməklə həmin mənildə yaşamır. İndi isə həmin mənzili ana öz oğlunun adına alğı-satqı etməklə keçirmək istəyir. Lakin notarius bildirir ki, istifadə hüququ almış şəxsin də razılığı olmalıdır. İstifadə hüququnun məhkəmə tərəfindən təstiqi 1-2 ilə aiddir. Notariusun hərəkətindən məhkəməyə vermək məsləhətlidir yoxsa basqa bir yol var.

    Salam. Keçmiş arvadın istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Gülnar Ismayilova 2023-01-22 02:04:24

    Dasinmaz emlaki notarial qaydada 2 il evvel almisam sadece muqavilede gosterilen muddet erzinde odenisin tam odememissm cunki satici mane toredib .Indide mene satmaqdan imtina edir.Pulun geri qalanini odemeye imkan vermediyi halda men o emlami nece elde ede bilerem? Saticinin notarial qaydada aldigim emlaki satmamaq huququ var?

    Salam. Sualınız aydın dayil. Sualın əvvəlində qeyd edirsiniz ki əmlakı notarial qaydada almışam aldığınız evi 2-ci dəfə almaq istəyirsiniz? Vəkil Qulam İsmayılzadə
  • Erol Sadikhzade 2023-01-23 17:02:58

    Salam. Xızı rayonu Altıağac qəsəbəsin 20 sot torpağın içərisində yerləşən 26 kv fərdi ev mənə etibarnamə ilə verilib. Mən həmin evi yoldaşımın adına rəsmiləşdirmək üçün hansı sənədlər tələb olunur. Və rüsum nə qədər olur. Əvvəlcədən çox sağ olun.

    Salam. Zəhmət olmasa notariant kontoruna müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Bağırov Hüseyn 2023-01-24 14:05:12

    Salam 7/8 mənə məxsus olan mülk acıq hərracda satılıb.Lakin satış günündən 15 gün kecməsinə baxmayaraq mənə aid olan vəsait hesabıma köcürülməyib.Bu nə qədər qanuna uyğundur.Sizdən bu haqda məlumat almaq isdərdim.Təşəkkürlər.

    Salam. Pul satışdan sonra ağlabatan vaxt ərzində hesaba keçməlidir. Yubanmanın səbəbini icra şöbəsindən öyrənə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elovset İsmayilov 2023-01-28 15:50:25

    Salam, çıxarışsız, yeni tikili binadakı mənzili alqı-satqı edərkən hər hansı bir yolla dövlət tərəfindən təsdiqləmək mümkündürmü ? İkinci sual, bu mənzilin çıxarışsız olub-olmamasını Dövlət Reyestr xidməti tərəfindən arayış ala bilərəm ? Ümümiyyətlə çıxarışsız evin MTK-ya güvənilir olub-olmamasından əlavə, alqı-satqı faktını necəsə dövlət tərəfindən tanınmasını təmin etmək olurmu? Təşəkkürlər !

  • Alagezov Fizuli 2023-01-29 13:18:37

    Salam. Men heyet yoldashima etibarname vermishem mulkiyyet uzerinde alqi- satqiya. Bizim resmi niqahmizda var. Men hal - hazirda xaricdeyem. Menim satisha gore raziligim lazimdi ?

    Salam. Bəli, lazımdır. Vəkil Qulam İsmayılzadə
  • Natiq Orucov 2023-01-31 09:59:28

    Salam.Tovuz rayonundan yazıram.1998 ci ildə 8 sot həyat yanı torpaq almışıq ama rəsmi alqı satqı olmayıb .mülkiuət sahibi vəfat edib yoldaşı və üç evladı yetginlik yaşındadı.23 ildi ev tikmişik.kkmunal ödənkşər ata və anamın adınadır ama biz başqa bir şəxsin mülkiyətindəyik.Zəhmət olmasa deyərdiz yalnız torpaq sahəsini evi yox necə adıma keçirə bilərəm və nə qədər dövlət rüsumu tələb olunur.

    Salam. Ölən adamın varisləri atalarının adına olan torpaqğı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən sizin adınıza keçirtməlidir. Rüsumla bağlı notariat kontoruna müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Azim 2023-02-04 13:30:36

    Salam 2 il öncə məhlə evi almışam alqı satqı zamanı evin katastrını almadım ki evi söküb yenidən başqa proekt ilə tikəcəyim üçün və yeni ev tikmişəm indi onu satmaq istəyirəm köhnə çıxarış ilə sata bilərəm? Birdə mən orda qeydiyyatda olmamışam alqı satqı zamanı vergi burda həm torpağa həm evə düşür ?

    Salam. Bəli sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Yusif Tagiyev 2023-02-09 00:10:03

    Salam. Men Şəmkir rayon sakiniyem. 43 il yaşadigim, qeydiyhatda oldugum menzili satmagim barede muşteri ile 5 gun once raziliga gelmişik.Lakin menim vergi odemek barede xeberim olmayib. Bu barede bu gun xeber tutmuşam. Sizin vetdiyiniz melumatlara esasen anladim ki,en azi 3 il qeydiyyatda olan sexs vergi odemekden azatdir. Ancaq bir meselede var ki, rvi alan şexs evden qeydiyyatdan cixmagi teleb etdi. Ve bizde qeydiyyatdan cixdiq. Bele oldudu halda vergi bize tesir edecekmi?

    Salam. Xeyr təsir etməyəcək. Vəkil Qulam İsmayılzadə
  • Sevda Əli-zadə 2023-02-12 18:13:19

    Salam.Mən Abşeron rayonunda mənzil alib köçmüşəm.Çixarişi var.Müddət 3 aydir.Hal hazirda satmag fikirim var.1 otagdi,36 kv.m.Bilmək istərdim məndən nə gədər rüsum tutulacag?Təşəkkür edirəm.

    Salam. Bu sualın dəqiq cavabını Notariat kontorundan ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Nurane heseni. 2023-02-14 13:11:36

    Salam.Ev alındıqdan nece müddət sonra evin yeni sahibi evi təhvil ala biler? 27-si ev almışıq. Keçmis ev sahipləri hələ çıxmıyıblar.

    Salam. Dərhal. Lakin adət kimi 1 ay müddət qoyulur. Vəkil Qulam İsmayılzadə
  • Əli-zade Naidə. 2023-03-06 13:15:33

    Salam.Bir mesele barede meslehet almag isterdim sizden.Biz keçen ilin 2022 noyabr ayinin axiri yeni menzile köçdük.Yanvar ayinin əvvəli gonşu bize geldi ki bizden onlara su axib.Özleri daimi burda galmirlar,rayonda yaşayirlar.Biz köçməmişdən əvvəl dəfələrlə gapilarini döyüb maraglanmag istemişem bir problem varmi ya yox.Burda olmadiglari üçün açan olmayib.Bina evidir.Ister istemez bele hallar istemesekde baş verir.Uzun sözü gisasi indi bu gonşu bizden 500 manat pul teleb edir,hetta deyir ki bir kart nömresi verim size pulu gönderin ora rayona.Onuda deyim ki bizden evvel başga gonşudanda ,burdanda onlarin evine su axib.Biz sadece bilmirdik ne var,ne yox.Qapisini baglayib oturub rayonda.Bele hadise ile biz ilk defe rastlaşirig.Xahiş ederdim hügugi olarag bir meslehet vererdiniz mene.Önceden teşekkür edirem.

  • Əli-zade Naidə. 2023-03-06 14:12:06

    P.S .Üstəlik biz vanna otaginda yeri sökdürdük temir eledik,heçneden xərcə düşdük.Evlərində nəzarət olsaydi ilk gündən garşisini alardig.Diggətinizə görə təşəkkür edirəm.

  • Dadaşova Şəhla 2023-03-08 04:23:19

    Abşeron ray.Genclər şəhərciyində ,42 kv.ev ola olan mənzil .31.10.2010 ildən evi ipotekayla götürmüşdük.2021 de bağlandı və kupcada verilib,İndi satırıq ,nəqədər dövlətə pulumuz çıxacaq?

    Notariat kontorundan dəqiqləşdirə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elman zeynalov 2023-03-10 02:05:30

    Salam evi satmaq isteyirik alan adam evi ipoteka ile almaq isteyir evdr 4 nefer qeydiyatdadi bacim iranda yasayir onun raziliqin nece almaq olar evi satmaq ucun

    Səfirliyə müraciət edib ordan ərizə yazıb göndərə bilər. Vəkil Qulam İsmayılzadə
  • Aygün Hüseynova 2023-03-13 02:03:59

    Salam. İpoteka ile ev aliriq.. ev sahibi həyat yoldaşına etibarname verib satiş etmek üçün .. Bank narazidir.. ne etmek olar?

    Yoldaşı ərinə yox, başqa şəxsə etibarnamə verisn onda notarius razılıq ərizəsini qəbul edəcək. Vəkil Qulam İsmayılzadə
  • Fərid Həsənov 2023-03-14 23:27:27

    Salam. Bizim adımıza MTK da notarial qaydada təsdiq edilmiş müqavilə var ( yəni bizim evimiz pilot lahiyə əsasında sökülüb və bizə yeni ev verilməsi üçün notarial qayda müqavilə bağlanılıb) . Biz evi şirkətə satmaq istəyirik. Şirkət nağd şəkildə evi bizdən almaq istəyir. Bunun üçün şirkətlə hansı sənədləşmə işi aparılır. Zəhmət olmasa bizə bu barədə məlumat verərdiniz

    Salam. Notarial qaydada alqı-satqını həyata keçirə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Haciyev Orxan 2023-03-16 22:38:08

    Salam men menzil evi 14 il bundan qabag almisam ve ev kohne sahibinin adinda qalib. Men evi öz adina kecirtmeye dovlet rusun neqeder olacag ve ne senedler lazim olaçag

    Salam, notariat kontorundan maraqlanın. Vəkil Qulam İsmayılzadə
  • Musayev Adil 2023-03-27 01:41:15

    Salam hər vaxtiniz xeyir Qulam bəy Öz evim var qeydiyattda hec özüm belə yoxam həmən evdə o evi dovernstlə ayri adama verə bilərəmmi? Cixarişi texpasportu var Təşəkkürlər sizə hamiya köməy etdiyinizə görə bayaqdan bütün komentləri oxuyuram hamiya köməyliy görsədirsiz

    O evə dair etibarnamə verə bilərsiniz, lakin bu evin onun adına keçməsi demək deyil. Vəkil Qulam İsmayılzadə
  • Sevda 2023-03-27 13:36:12

    Salam,Mən bilmək istəyirəmki hal hazırda qaynatamın evində qeydiyyatdayam indi yoldaşımla boşanma ərəfəsindəyik,Ev tikdirdik birgə nigah dövründə bildiyim qədərilə orda qeydiyyatda deilem.Yoldaşım mənim icazəm olmadan tikdirdiyimiz evi sata bilər?Və yaxud kiminsə adına keçirə bilər?

    Baxır tikilən evin sənədinə. Vəkil Qulam İsmayılzadə
  • Ismayil 2023-03-30 23:04:15

    Salam. Ev bir wexsin adinadir diger wexse online vasitesi ile adina kecire bilermi?

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Rüstəm 2023-04-02 04:01:31

    Salam , mən qarajımı satmaq istəyirəm ,qarajın sənədi də,çoxdanın İcra hakimiyyətinin sərəncamı ,ümumi qarajı olan şəxslərin siyahısı və həmən yerdə o vaxtdan çəkilmiş cizgi var. Satmaq üçün gərək texniki pasport olsun, onu almaq üçün hansı proseslər olmalıdır?

    Salam. Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etməlisiniz buun üçün, ordan sizə sənədlərin siyahısı barədə ətraflı məlumat verəcəklər. Vəkil Qulam İsmayılzadə
  • Rza Rzabəyli 2023-04-03 15:53:45

    Salam. Torpaq alqı-satqısı zamanı satan və alan tərəflər hansı rüsumları ödəməlidir, zəhmət olmasa, ayrı-ayrılıqda qeyd edin. Öncədən təşəkkür.

    Rüsumlarla bağlı notariat kontorloruna müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Elmir Abdullayev 2023-04-03 23:30:07

    Salam Belə bir məsləhət almaq istəyirdik məllim Biz ev alırıq qeydiyyatda heçkim yoxdu çıxarış var satan evlidir yoldaşıda burdadır amma Rusiya vətəndaşıdır şəxsiyyət vəsiqəsi vaxtı bitib.onu necə edə bilərik bir zəhmət Çox təşəkkürlər

    Ya gərək adamın burda şəxsiyyət vəsiqəsini bərpa edəsiniz ya da ki səfirliyə müraciət edib oranın vətəndaşı kimi razılıq alasınız. Vəkil Qulam İsmayılzadə
  • Vusal 2023-04-05 00:22:21

    Salam. Men adimda olan əmlaki satmaq isdeyirdim naturasa yaxinlasdiq alqi satqi ucun evde qeydiyyatda qonsular cixdi natarus olarinda raziliq erizesi lazim olduqun dedi men ne etmeliyem melumat vere bilersiz zehmet olmasa? Olarin evi ayridi ama menim evimde qeydiyyata dusubler

    Gərək onları məhkəmə qaydasında qeydiyyatdan çıxardasınız sonra. Vəkil Qulam İsmayılzadə
  • Zahir 2023-04-09 21:32:02

    Salam Masalli rayonunda həyət evi 6sot torpağın icində180kvad.metr evin rüsum və vergi nə qədərdir?Və birdə ev yiyəsi qardaşıma generalı etibarnamə verib.Oda mənim adıma bağışlanma edə bilərmi?Zəhmət olmasa cavablandirin

    Bəli, qardaşınız sizin adınıza bağışlaya bilər. Vəkil Qulam İsmayılzadə
  • Aide Axundova 2023-04-15 22:51:46

    Salam.Men 1 sotun icinde tikilmis villa almaq isteyirem.Evin cixarisi yoxdu.Texpasportu var birde belediyeden icaze.Bu evin alqi satqisi Natariusda olmalidi?.

    Bu evin alqı satqısı notariusda ola bilmir, bələdiyyə torpağı sizin adınıza keçirtməlidir. Vəkil Qulam İsmayılzadə
  • Səlimə 2023-04-16 10:16:19

    Salam. Bakının mərkəzində yerəşən 3-mərtəbəli binanın 170 kv.m. sahəli mənzilimizin rüsumu illər boyunca MKİS ödəyirdik. Qəbzlər var. Amma əlimizdə olan kupçaya 13 kv.m. Səhv olub (BTİdə, ya Notariusda, biləmirəm, rəhmətli anamın vaxtında idi), amma BTİ hal-hazırda tex. Pasportu mənə vərəsəliklə keçən kupçaya əsasında 13 kv.m.verib. Xahiş edirəm bu məsələnin necə həll edəciyimi göstərin. Hörmətlə, S.Q.

    Məhkəməyə müraciət edərək sahənin hamısının sənəddə göstərilməsini tələb edin. Vəkil Qulam İsmayılzadə
  • Malik İbrahimov 2023-04-19 17:01:47

    Salam ev alqı satqısı zamanı Yevlaxda mən notariusa nə qədər pul ödəməliyəm, otaqların ölçüsü 6.88x4.14m ölçüdə 3 otaqdır

    Bu haqda notariusla maraqlanın. Vəkil Qulam İsmayılzadə
  • Yadulla Huseynov 2023-04-21 16:15:10

    Salam. Yeni tikiliden 90 kv ev almisham. O evin senedi kupca cixarish ve texniki pasportun Asan xidmetden de almisham. Bu yeni eve tekce men qeydiyyat olmusham shexsiyyet vesiqemi deyishdirmekle. Ailem hamisi evvelki eve qeydiyyatdadir. Bilmek isteyirem ki bu yeni evi satib bashqa yerden ev almaq ucun hansi senetler lazimdir? Ve bu yeni eve kimin huququ var?

    Notariat kontoruna müraciət edin, zəruri sənədlərin siyhısını sizə təqdim edəcəklər.Əgər birgə nikah dövrü ərzində almısınızsa onda yoldaşınızın razılığı tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • Seva Axmedova 2023-04-26 01:21:12

    Salam, Mənim Rusiyada evim var onu satmaq istəyirəm, hal hazırda Rusiyada deyiləm Azərbaycandayam, etibarnamə vermişəm satılması üçün, ama Rusiyada deyiblər ki Azərbaycanda daha asandı satmaq, mən bu barədə hara müraciət etməliyəm o barədə. Və bu mümkündürmü həqiqətən.

    Rusiyadakı əmlakınızı burda sata bilmərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Həsənov Həsən 2023-04-28 17:38:16

    Salam. Mən adımda olan bütün əmlakımı oğlumun adına kecirtmək istəyirə ( subaydı) .əgər kecirtsəm o bizim icazəmiz olmadan onu sata bilərmi ,?

    Salam. Bəli, sata bilər. Vəkil Qulam İsmayılzadə
  • Əli-zadə Sevinc 2023-05-03 10:26:37

    Salam.Bilmək istərdim,mənzilin özü və çixarişi özümə aidirsə,anam və gardaşim həmin mənzilə sadəcə geydiyyatdadirsa,mən mənzili onlarin iştiraki olmadan algi-satgi edə bilərəm?

    Xeyr, qeydiyyatda olan şəxslərin razılıq ərizələri lazımdır. Vəkil Qulam İsmayılzadə
  • Əli-zade Sevinc 2023-05-04 14:30:40

    Təşəkkür edirəm Qulam müəllim.

  • Saida 2023-05-16 11:33:54

    Salam.Qaynatam rəhmətə gedib,onun adına olan torpaq sahəsini oğlu öz adına keçirtmək istəyir.hansı sənədlər lazımdır?

    Notariat kontoruna müraciət edin sənədlərin siyahısı sizə təqdim olunacaq. Vəkil Qulam İsmayılzadə
  • Elxan 2023-05-18 12:51:46

    Salam.Bilmək istərdim gohum,taniş əmlaki istisna olmagla, muvəggəti olarag hara geydiyyata düşmək olar?

  • Gülü 2023-05-29 00:56:43

    Salam.Evi alacağım xanımın həyat yoldaşı başqa ölkədə yaşayır .boşanıblar.Lakin evdə qeydiyyatdadır.işıq da onun adınadır Xanım deyir ki etibarnamə göndərəcək və evi satacam.bilmək istərdim ki həmin şəxs qeydiytatdan necə çıxarıla bilər və dedikləri etibarnamə nə işə yarayır Çox sağ olun

    Xaricdədirsə gərək kiməsə etibarnamə versin və həmin şəxs notariusda alqı-satqıya razılıq versin həmçinin asan xidmətə müraciət eləsin ki, onu həmin ünvandan qeydiyyatdan çıxarıb digər ünvana salsınlar. Vəkil Qulam İsmayılzadə
  • İlhamə Mirzəliyeva 2023-05-30 10:37:46

    Salam. Mən 2017-ci il avqustda alqı-satqı müqaviləsi ilə ev almışam. Rayonda yerləşir. 2018-ci ilin fevralında qeydiyyata düşmüşəm. Yəni təxminən 6 ay sonra. İndi satmaq istyirəm. Satsam vergi tutulacaq? Məcəllədə deyilən 3 il hissəsini başa düşmədim. Öncədən təşəkkürlər.

    Gərək satdığınız ünvanda ən azı 3 il qeydiyyatda olasınız, əks təqdirdə vergi düşür. Vəkil Qulam İsmayılzadə
  • Fatima Quliyeva 2023-06-06 01:15:59

    Salam Bizim ev Kamsomol dairesinde yerlesir.Heyet evidir.2mertebeli . Evin tam olaraq kupçası yoxdur.Ama Bələdiyyədən Evin neçe kv/m olduğunu gösteren,otaq sayı falan çertyojlu senedi var.Ve Anamın adınadır. İndi Anam rehmete getdiyi üçün evin tek övladı menem ve evi Adıma keçirib satmaq isteyirem.Bunun üçün men ne etmeliyem, haralara müraciet etmeliyem?? Çox xaiş edirem mene cavab vererdiniz.

    Salam. Siz vərəsəliyi qəbul edib sonra sənədləşmə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlisiniz ki ananızın adına çıxarış alasınız sonra da həmin çıxarış sizin adınıza keçsin ki, siz həmin əmlakı sata biləsinir. Vəkil Qulam İsmayılzadə
  • Gasımlı Coşqun 2023-06-07 13:32:24

    Salam. Menim Mingeçevir Şeherinde 45 kvadrat evim var 3 ilden azdır almışam ve satmağ isteyirem. O evi satanda ne qeder vergi ödeyecem ?

    Notariat kontorundan dəqiqləşdirin. Vəkil Qulam İsmayılzadə
  • Samir hacili 2023-06-09 13:31:56

    salam menim yasamal rayonunda 146 kv olcude 4 otaqlı menzilim var satmaq istəyirəm dövlət rüsumu ne qeder olur?

    Məqallədə vergi kalkulyatoruna yönəldən link yazı var, onun üstünə basaraq keçid edə bilərisniz. Vəkil Qulam İsmayılzadə
  • Abdullah 2023-06-10 21:01:52

    Salam. Mənim adıma çıxarışı olan evin tam pay sahibiyəm Qardaşım ,yoldaşı və bir uşağı evdə daimi qeydiyatdadır. Evi satarkən Onların razılığı lazımdır ? Məhkəmə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvlərininin (Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), habelə onun uşaqları və valideynləri nəzərdə tutulur) Bu mənzil məcəlləsinindən belə başa düşürəm ki qardaşın razılığı lazım deyil Çünki alə üzvləri içində qardaş yoxdu.

    Mənzil satılarkən hər bir halda qeydiyyatda olan şəxslərin razılığı tələb edilir, istər yaxın qohum istərsə də başqa şəxs olsun. Vəkil Qulam İsmayılzadə
  • Əliyeva Anara 2023-06-19 22:47:55

    Mənim yaşadığım ev qaynanamın adında yoldaşım rəhmətə gedib 3 uşağa və balduzuma pay düşüb balduz öz payını bağışlasa uşaqlara mən evi sata bilərəm? Yoxsa adıma keçirib satmaliyam belə olan halda nə qədər rüsum odemeliyem?

    Baldızınız uşaqlarınıza bağışlasa siz uşaqların himayəçisi kimi evi sata bilərsiniz, lakin bunun üçün evin yerləşdiyi icra hakimiyyətinin Qəyyumluq şöbəsindən razılıq məktubu almalısınız. Rüsüm isə evin sahəsinə və yerləşdiyi yerə görə dəyişir ona görə bəri başdan hesablamaq olmur. Vəkil Qulam İsmayılzadə
  • Firuze Memmedli 2023-06-22 11:15:48

    Salam,men yoldasimin adina olan butun emlaka gore ona etibarname vermisem,natariusda bildirdiler ki,bu etibarnameni oz xeyrine-yeni yoldasim istifade ede bilmez gerek raziliq erizesi de olsun.Bilmek istiyirem etibarnamede yazilur ki,butun emlaki etibar edirem,bura alqi -satqi ,bank xidmetleri ve,s aiddir,eyer etibar ediremse yoldasima,bes raziliq ne ucundur?Diqqetiniz ucun cox sagolun

    Əgər əriniz birə nikahda əldə etdiyiniz əmlakla bağlı hərəkətlər etmək istəyirsə onda gərək sizin razılığınız da olsun, çünki o etibarnamədən öz xeyrinə istifadə edə bilməz. Vəkil Qulam İsmayılzadə
  • Qurbanova G. 2023-06-28 19:25:26

    Salam, hörmətli Qulam müəllim. Qohumumuz ev alıb. Sonradan məlum olub ki,evi satan şəxsin MTK-nın mənzil üçün yığdığı 10 aylıq- 500 man. borcu qalıb. Hal-hazırda komendant bu borcu evi alandan tələb edir və buna görə də özbaşınalıq edərək, mənzilin işığını kəsib. Xahiş edirəm, məlumat verərdiniz: evi satan şəxs MTK-dan heç bir sənəd almayıbmı ki, komendantın bu borcdan xəbəri olmayıb? Və bu borcu evi alandan tələb etməsi və üstəlik də işığı kəsməsi nə qədər qanunidir? MTK-ların əhalidən hər ay mənzil üçün pul yığması qanunla təsdiq edilibmi? Təşəkkür edirəm.

    Əslində MTK evi tikib qurtardıqdan sonra Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmalı və bütün idarə etməni həmin cəmiyyət təşkil etməlidir, belə olan halda da binanın idarə edilməsi üçün pulu da həmin təşkilat yığa bilər. Sizin halda isə ümumiyyətlə evin yeni sahibindən MTK pul tələb edə bilməz nəyin ki buna görə işiğı kəssin. Vəkil Qulam İsmayılzadə
  • Ulviyya27 2023-07-15 22:19:42

    Salam.binamiz pilot layihesine dusub evezinde yeni bina tikilib,Evi tiken MMC mugavileni atamla baglayib,norariusda evin adima kechirilmesine dair razilig yazdi.yeniden mmc menle mugavile bagladi.saygaclar artig adima kechirilib.atam raziligi yeniden geri cheke biler?

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Zavir mansurov 2023-07-15 22:21:51

    Salam,zehet olmasa suali ,men Balaxanidan torpaq almaq isteyirem,geleceyde cixariw alanda isteyirem problem olmasin,torpaqin senedi 2007 ilin belediyye senedidi,onu men alqi satqi qanuni nece ede bilerem,beledieyede adima kecirdmeliyem yoxsa notariusda alqi satqi elemeliyem,tewwekur edirem.

    2007 qədər alınan torpaq sahələri özəlləşdirilə bilinər, 2007-den sonra almağınız məsləhət görülmür. Vəkil Qulam İsmayılzadə
  • Abbasov Novruz 2023-07-25 00:44:18

    Salam menim anamın adına olan evde Men iki bacım qeydiyyatdayig bizden basqada bir nefer tanımadığımız yad adam qeydiyyatdadi bu evi satsag o yad adaminda razilig erizesi laZimdir?

    Bəli lazımdır. Vəkil Qulam İsmayılzadə
  • Leyla Eliyeva 2023-07-26 23:12:04

    Salam mən yoldaşımla 25 ildir ailəliyəm,birgə nikah dövründə aldığımız evdir amma 10 aydır mən o evdən çıxmışam yaşamıram amma boşanmamışıq nikahımız var,o mənim razılığım olmadan evi sata bilərmi?

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Samir 2023-07-30 00:12:14

    Salam. atam rəhmətə gedib .biz ata evini satmaq istəyirik.ev atamin adınadır . üç qardaşıq lakin bir qardaşım qeydiyyatdadır evi üçumuzun də adına sənədləşdirib sata bilərikmi . Birdə atamın adına mağaza da var istəyirik mağaza üç qardaşın adına olsun xahiş edirik bizə məsləhət verərdiniz əvvəlcədən təşəkkür edirəm

    Bəli vərəsəliyi qəbul edəndən sonra sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Samir 2023-07-30 00:27:18

    Salam atam rəhmətə gedib .biz ata evini satmaq istəyirik ev atamın adınadır . üç qardaşıq lakin bir qardaşım qeydiyyatdadır evi ucumuz adına sənədləşdirib sata bilərikmi .Birdə atamın adına mağaza var üç qardaşın adına olunmasini istəyirik .ev satarkən imtina ərizəsi verdikdə digər 2qardas mağazadan məhrum olur xahiş edirik bizə məsləhət verərdiniz əvvəlcədən sizə təşəkkür edirik

    Üçünüz də hər iki əmlakı vərərsəliklə mülkiyyətinizə qəbul edib sata bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Vüsalə 2023-07-30 23:51:38

    Salam,mən evin gəliniyəm ev qaynatamın adınadı,qaynatamda qaynanamda rəhmətə gedib. 7 övladı var olardan 1 qaynım və ailəsi qeydiyyatdadır, birdə mən və uşaqlarım qeydiyyatdayıq.Mənim yoldaşım da rəhmətə gedib. Həmin qeydiyyatda olan qaynım da 1994 cü ildən bu evdə yaşamır ayri evi olub sonra satıb,mən isə 23 ildi burda yaşayıram. İndi də mən bu evi satmaq istəyirəm qeydiyyatda olan qaynım razılıq vermir mən neyniyə bilərəm? Bəs qeydiyyatda olmayan qaynımın və baldızımın da razılığı olmalıdır?

    Evi ilk öncə vərəsəlik qaydasında kimsə qəbul etməlidir ki sonra sata bilsin. Siz vərəsə kimi qəbul etmisinzisə onda sata bilərsiniz, əks halda buna heç bir hüququnuz çatmır qayın və baldızlarınızın hüquqları sizinkilərdən üstündür. Vəkil Qulam İsmayılzadə
  • Ali Aliyev 2023-08-01 21:48:20

    Birgə nikah dövründə alınmış mənzili boşandıqdan sonra satarkən hər hansı bir sənəd tələb olunur?

    Əgər 3 il keçmiyibsə onda lazım ola bilər. Vəkil Qulam İsmayılzadə
  • Ali Aliyev 2023-08-02 00:48:10

    3 il keçməyib. Qarşı tərəfə düşən evin payı pul ödənilir. Hansı sənəd tələb oluna bilər? Əyər qarşı tərəf natariyal qaydada razılıq verməkdən imtina edirsə? Təşəkkür

    Razılıq verməkdən imtina edirsə onda alqı-satqı mümkün olmur. Gərək verib məhkəməyə evin hərrac vasitəsi ilə satılaraq əldə olunmuş vəsaitin aranızda bölünməsi haqqında qətnamə qəbul elətdirəsiniz. Vəkil Qulam İsmayılzadə
  • Samir 2023-08-05 00:22:39

    Salam Anam və üç qardaşim vərəsəlik qəbul edib ata evini satıqdan sonra vərəsədən biri digər vərəsələrin xəbəri olmadan rəhmətə getmiş atamın adına olan mağazanı sata vəya öz adına çevirə bilərmi

    Yəni teoretik olaraq hər şey ola bilər. Vəkil Qulam İsmayılzadə
  • Jalə Əhmədova 2023-08-06 13:02:51

    Salam. Biz yeni ev almışıq atamın adına sonra atam rəhmətə getdi. Evdə qeydiyyatda heç kim yoxdu. Ev neçə ay sonra anamın adına keçə bilər? Evi satmaq istəsəm bacı qardaşımın imzası olmadan sata bilərəm?

    Atanız rəhmətə gedəndən sonra ananız və bütün uşaqlar vərəsəliyi qəbul etməlidilər ondan sonra artıq evin satılma məsələsinə baxa bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Samir 2023-08-06 23:21:15

    Salam axşamınız xeyir Anam və üç qardaşım vərəsəlik qəbul edib atamın adında olan evi satıqdan sonra vərəsələrdən biri atamın adına olan mağazanı sata və ya öz adına çevirə bilərmi. Siz deyirsiniz ki hər şey ola bilər. Bəs mən necə edimki atamın adına olan mağazadan mənə olan paydan məhrum olmayım Xahiş edirəm ki mənə yol göstərərsiniz

    Notariat kontoruna müraciət edib maqazinə dair vərəsəliyi qəbul edin. Vəkil Qulam İsmayılzadə
  • Babayev Cavid 2023-08-10 23:11:45

    Salam. Biz 2000-ci ildə 12 sot torpaq aldıq. Torpağin 6 sotu mənim adıma senedleşdirilib. 6 sot isə senedleşdirilmemişdi. 6 sot isə qeydiyyata alinmadiğindan bələdiyyənin hesabına keçmişdi. Indi onu keçmiş torpaq sahibinin sənədləri ile əvvəlki torpaq sahibinin adına keçirdik. Alqı-satqı nağd ola bilər ya nağdsiz olmalıdır?

    Alqı-satqı notarial qaydada olmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Dilruba 2023-08-12 11:27:31

    Salam Ev alqi satqisi zamani ipoteka ilə pulu iki hissə ödəməklə almaq olarmi. Ev yeyesinin qaza borcu cox oldugu ucun pulu hansi yolla ala bilərik qazin ogənisi ucun

    İpoteka müqaviləsinin şərtlərindən asılıdır. Qaza yaranmış borcu ödətdirib sonra ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Seriye ismayilova 2023-08-13 11:38:34

    Salam,Aile qurmamisdan önce aldığım evi yoldaşımız notariatda rezilliği olmadan sata bilerem mi ?ve ya bir başqaina etibarname vere bilerem mi satsın hemin evi

    Siz aldığınız evi ümumiyyətlə sata bilməz əgər sizin adınızadırsa. Vəkil Qulam İsmayılzadə
  • Rustemov Revan 2023-08-15 23:41:43

    Salam. Men ev almaq isteyirem. Hemin ev hal hazirda dostumun adinadi. Lakin hemin evi dostuma satan xanim hemin o evde qeydiyattdadir. ( 1nefer ) Bilmek isterdimki hemin evi men alsam gelecekde hemin xanimin o evde qeydiyatda olmagi mene ne prablem yarada biler. ( Hansi huquqa malikdi hemin qeydiyatda olan xenim ). Birdeki hemin xanim o evi hansisa yolla geri qaytara bilermi? Yani men o evi alib oz adima kecirtsem hemin o xanim evi satmagina baxmayaraq geri teleb ede bilermi

    Belə bir problem yoxdur sadəcə gələcəkdə siz evi satmaq istəsəniz həmin xanımın da razılığını alasınız. Vəkil Qulam İsmayılzadə
  • Mahirə Süleymanova 2023-08-16 15:17:55

    24 ildir evliyik.Birgə nikah dövründə Sumqayıtda alınmış mənzilimiz var.2009-2016 illərdə bu mənzildə qeydiyyatda olmuşam.Özüm Sümqayıtlıyam, yoldaşım məcburi köçkün.2016 ildə məni mənzildən qeydiyyatdan çıxarıb öz kəndi qeydiyyatına salıb.Mülkiyyət sahibi olan yoldaşım mənim razılığım olmadan mənzili sata bilərmi? Sata bilərsə,bunun qarşısını almaq üçün mən mənzilə yenidən qeydiyyata düşməliyəm? Əgər o,mənim qeydiyyata düşməyimə razılıq verməsə,nə etməliyəm? Təşəkkür

    Əgər birgə nikah dövrü ərzində alınıbsa ondan sizin razılığınız olmadan sata bilməz qeydiyatda olub-olmamanızdan asılı olmayaraq. Vəkil Qulam İsmayılzadə
  • Zuleyxa 2023-08-19 12:32:59

    Ilk once salam menim adima torpaq var ve onu satiram 5 aydi oz adimdadi ona elave rusum odenecek birde bu alqi satqi uzun prosiderdi ?

    Bəli vergi ödəniləcək, alqı satqı 1-2 saatlıq prosesdir. Vəkil Qulam İsmayılzadə
  • Sevinc 2023-08-24 17:08:41

    Salam,evin kupçası itib.2009-da kupça alınıb.Ev isə qaynatamın adınadı,o isə rəhmətə gedib 2010-da.İndi isə oğlu adına keçirtmək istəyir amma kupça tapılmır,nə etmək lazımdır?Təşəkkür

    Çıxarışın dublikatını ala bilərsiniz Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən. Vəkil Qulam İsmayılzadə
  • Kenan kərimov 2023-08-27 09:24:06

    Salam mən naxçıvandan ev almağ istəyirəm nağdı pulla amma mən 18 yaşımın içndəyəm 1 ay sonra tamam olacaq. Mən o slmsğ istədiyim evi öz adıma keçirdəbilərəm?

    18 yaşınız olduqdan sonra allb adınıza keçirdə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elmar 2023-09-05 17:31:01

    Alqı-Satqı prosesi zamanı Alan və satan qalır kənarda, müqaviləni isə əlaqəsi olmayan başqa 3-cü tərəf hazırlayır və Alıcıya, Satıcıya şərtlərloməcbur qəbul etdirir. Bilmək istəyirik, ASAN xidmət və yaxud digər notarial kontorların məcburi təqdim etdiyi alqı-satqı müqaviləsində Satıcı və Alıcının hər hansı bəndi, şərti dəyişdirmək hüququ var?

    Bəli, alqı-saqtı əqdi könüllü bağlanmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Əbülfət 2023-09-06 16:16:32

    Salam həyat yoldaşımdan boşanmışam 2019-da. Bağımı satmaq istəyirəm onun razılıq ərizəsi lazimdır ya yox. Təşəkkür edirəm

    Tələb edilmir. Vəkil Qulam İsmayılzadə
  • Agamirzə 2023-09-06 19:57:08

    Salam . Gencede 4 sot torpaq almisiq 70 illik muqavileli torpaqlardandir . Sened ise etibarname ile menim adimadir . O torpagi satmaq isteyiremse alqi satqi nece olacaq ? Mende qarsi terefe bagislanma yolu ile vermeliyem ? Ve bu proses harda bash tutmalidir ?

    Etibarnamə ilə torpaq almaq olmur. Yəni almaq deyəndə alqı-satqı başa düşülür qeydiyyat sənədi bir addan digər ada keçməsi, ona görə də etibarnamə ilə torpağı satmaq mümkün deyil. Vəkil Qulam İsmayılzadə
  • Sevda 2023-09-13 10:54:50

    Salam ana ata rehmete gedib qardaw yoxdu bacilarin ikiside evlidi ev senedi balaca bacidadi ele etmek olarmi hem balaca bacida olsun hem boyuk bacida ve kime duwmelidi sened nezerinize catdirimki ev satilmir

    Belə olan halda pay bacılar arasında bərabər payda bölünməlidir. Vəkil Qulam İsmayılzadə
  • Umud Isayev 2023-09-14 20:39:10

    Salam Hərvaxtiniz xeyirli olsun mən oz menzilimi satiram dovlet rusumu 30 kvadrat cixilmaq serti ile o mene aydindi mən bilmek isterdim alqi satqi muqavilesinin tesdiqi ucun dovlet rusumu 280 manat ve xidmet haqqi 42 manat o odenis aliciya aidi yoxsa saticiya.Təsəkkur edirem.

    Danışıqdan asılıdır. Vəkil Qulam İsmayılzadə
  • Əbiyev İlqar 2023-09-27 08:39:03

    Salam.Hərbçilərə verilən evlərə forma 1 lazımdırmı və rüsumu nə qədərdir? Forma 1 nə müddətə verilir?

    Notariat kontorundan maraqlanın. Vəkil Qulam İsmayılzadə

Şərh yaz