Hüquqi yardım

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan necə çıxarılır?
25 Noy

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan necə çıxarılır?

Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə hansı halda müraciət oluna bilər? Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan çıxarılanda hansı hallarda kompensasiya ödənilir?

Mənzildən qeyddiyyatdan çıxarılma

Mənzil alarkən və satarkən rast gəlinən problemlərdən biri də yaşayış sahəsində qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılma məsələsidir.

Belə ki tez-tez rast gələn problemlerdən biri odur ki, şəxs mülkiyyətində olan mənzili satmaq istəyir, lakin qeydiyyatda olan şəxsin razılığını ala bilmədiyi üçün notariusda alqı-satqı müqaviləsini həyata keçirə bilmir. Və yaxud da şəxs yeni mənzil alıb və orda qeydiyyatda adamlar var və o onları qeydiyyatdan çıxartmaq istəyir.

Qeydiyyatda olan şəxslərin razılıq verməməsinin müxtəlif səbəbləri ola bilər:

  • Mənzildə qeydiyyat olan şəxs tamami ilə kənar şəxsdir və siz onu razılıq almaq üçün tapa bilmirsiniz
  • Mənzildə qeydiyyatda olan şəxsi tanıyırsınız lakin o xaricdə yaşayır ona görə də gəlib qeydiyyatdan çıxa bilmir və ya xaricdə olduğu səbəbindən mənzilin satılmasına dair ərizə təqdim edə bilmir
  • Mənzildə qeyddiyytda olan şəxsin evi satmanıza etiraz edir və ya evin satılmasına razılıq vermək müqabilində sizdən müəyyən məbləğdə pul istəyir. Adətən qohumlar arasında bu cür hallar tez-tez baş verir.
  • Şəxs boşandıqdan sonra 

Yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın əsasları

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

  • yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
  • başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
  • ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
  • öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
  • yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
  • qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?

Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?

Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə hansı halda müraciət oluna bilər?

Göründüyü kimi Yaşayış yeri və olduğu  yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 

Lakin bir qayda olaraq Polis idarəsi qeydiyyatda olan əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edir. 

Beləliklə yalnız həmi polis idarəsindən imtina məktubu aldıqdan sonra şəxs məhkəməyə müraciət edərək bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanın üzərinə qoya bilər.

Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır.

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan çıxarılanda hansı hallarda kompensasiya ödənilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 

Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən  yaaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir.

Qeydiyyatdan çıxarılan şəxsə nə qədər kompensasiya ödənilməlidir?

Yuxarıda göstərildiyi kimi ailə üzvü qeydiyyatdan çıxarıldıqda ona istifadə hüququnun itirilməsinə görə kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləği hər işin halına görə individual olaraq müəyyən edilir, lakin son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir.

Misal üçün: Şəxs Yasamal rayonunda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxarılır. Tutaq ki həmin 3 otaqlı evin kirayə haqqı aya 300 manatdır. Bu halda 3 ili yəni 36 ayı 500 manatdan hesablayaraq 18 000 manat məblğində kompensasiya müəyyən edilə bilər 36*500=18 000. 

Bu hesablama şərtidi, yuxarıda qeyd etdiyim kimi məhkəmənin hər işə fərdi yanaşması ola bilər. Bu səbəbdən sizin qeydiyyatdan çıxarılma məsələsini vəkil vasitəsi ilə həll etməyiniz tövsiyyə edilir.

Qeydiyatdan çıxarılma nə qədər müddət aparır?

Məhkəmə qaydasında şəxsin qeydiyyatdan çıxarılması təqribən 3-4 ay vaxt apara bilər. Polis idarəsi ünvanlanan müraciətinizə 15-30 iş günü ərzində cavab verdikdən sonra iddia qaydasında məhkəməyə müraciət edirsiniz və məhkəmə təqribən 3 ay ərizndə işə baxaraq yekun qərar qəbul edir.

#mənzildən qeydiyyatdan çıxartma # yaşamaq hüququ. istifadə hüququ # məznilə qeydiyyata düşmə # yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında # qeydiyyat haqqında qanun # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Mirzamin 2026-10-01 11:58:58

    SALAM MENİM ADAM REHMETE GEDİB VE EV ORDENLE MENİM ADİMADİR MEN EVE KUPCA ALİB VE BACİMİ QEYDİYATTAN CİXARMAQ İSDEYİREM BACİM OZUDE RAZİDİR ONU NECE EDE BİLEREM XAİS EDİREM KOMEK EDİN YA ELAQE NOMRESİ VERİN SİZİNLE ELAQE SAXLAYİM

    Bacınız faktiki yaşadığı yeni ünvana qeydiyyata düşərsə, əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkündür. Bunun üçün o, şəxsiyyət vəsiqəsi və yeni ünvanda yaşamaq hüququnu təsdiqləyən sənədlərlə müvafiq qeydiyyat orqanına müraciət etməlidir. Yeni ünvan üzrə qeydiyyat mümkün deyilsə və ya əvvəlki mənzildən istifadə hüququ ilə bağlı məsələ qalırsa, çıxarışınız və digər sənədlər əsasında məhkəmədə istifadə hüququna xitam verilməsi məsələsi qaldırıla bilər. Bacınızın razılığı olsa belə, təkcə mülkiyyətçinin istəyi qeydiyyatdan avtomatik çıxarılma üçün yetərli deyil. Vəkil Qulam İsmayılzadə
  • İsfəndiyar Ağamalıyev 2026-09-17 23:41:14

    Salam. Bacım Azərbaycan vətəndaşıdır lakin 20 ildir ki, Azərbaycanda yaşamır. Axırıncı dəfə 10 il öncə Azərbaycanda olub. Mən evi özəlləşdirmək istəyirəm. Komunallar öz adımadır. Bacım mənə evi özəlləşdirmədə maneə törədir. Mən onu qeydiyyatdan çıxara bilərəm? Öncədən təşəkkür edirəm.

    Salam. Qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət hüququ yaratmır. Bacınız başqa ölkədə daimi yaşayış yeri seçibsə, bunu təsdiqləyən sənədlərlə qeydiyyatdan çıxarılması mümkün ola bilər; inzibati qaydada həll olunmazsa, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma barədə məhkəməyə müraciət edilməlidir. Onun 20 ildir yaşamaması, başqa ölkədə daimi yaşayışı və kommunal ödənişlərdə iştirak etməməsi sübut kimi təqdim oluna bilər. Özəlləşdirmə məsələsi mənzilin kirayə müqaviləsi və faktiki yaşayan şəxslərin dairəsi nəzərə alınmaqla ayrıca qiymətləndirilir. Vəkil Qulam İsmayılzadə
  • Ruslan Kazimov 2026-09-14 13:37:27

    salam biz ev almisiq teze cixarisla bina evidi qeydiyyatda evvelki ev sahibini qardashi bacisi qeydiyyatdadi evi alanda ev sahibi dedi cixardacam birden cixartmasa men ozum cixarda bilerem?bileremse neciye basha geler? alqi satqi asanxidmetde olub

    Salam. Qeydiyyatda olan şəxslər könüllü çıxmadıqda yeni mülkiyyətçi onları birbaşa ASAN xidmət vasitəsilə qeydiyyatdan çıxara bilməz. Mənzildən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaları tələbi ilə məhkəməyə müraciət edilməlidir. Çıxarışı və alqı-satqı müqaviləsini iddiaya əlavə edin. Belə qiymətləndirilməyən iddia üzrə dövlət rüsumu hazırda 100 manatdır; vəkil və digər xərclər ayrıca hesablanır. Vəkil Qulam İsmayılzadə
  • Nuriyeva Nuray 2026-09-09 05:12:29

    Salam biz basga evde kirayede galirig.muvegeti basga bir adamin geydiyatina duwduk anamla.ve o adamla artig duwmenik Men o adamsiz anamla gedib nece ozumuzu geydiyatdan cixarda bilerem?

    Özünüzün və ananızın həmin ünvandan qeydiyyatdan çıxarılması üçün şəxsən qeydiyyat orqanına və ya ASAN xidmətə müraciət edə bilərsiniz; ev sahibinin sizinlə gəlməsi, bir qayda olaraq, tələb olunmur. Lakin yeni yaşayış yeri üzrə qeydiyyat üçün həmin ünvanda yaşamaq hüququnuzu təsdiqləyən sənəd və ya mülkiyyətçinin razılığı tələb oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Bəfa Məhərrəmova 2026-08-29 14:59:28

    Salam.Ev və həyətyanı sahəmiz var(6sot).Çıxarışda mən və anam şərikli payçıyıq 1/2 və 1/2.Ümumi kupçidə adımız var.Anam evdəki payını və torpagından(1sot mənə bağışlamaq istəyir)Qalan 2 sotunu isə 2 bacıma bağışlamaq istəyir.Evin və torpağın bir tərəfə çıxışı var.O buri tərəfdən isə bələdiyyənin özəlləşməmiş 2 sot torpağı var.Mən öz evimə və torpağıma müstəqil çıxarış ala bilərəm? Bu vəziyyətdə bizim çıxarışımız necə olacaq və bu cıarış mənə gələcəkdə nə problem yarada bilər? Öncədən təşəkkür edirəm.

    Salam. Hazırda çıxarışda siz və ananız 1/2–1/2 payı mülkiyyətçisiniz. Ananızın öz payını fərqli övladlara bölərək bağışlamaq istəməsi üçün əvvəlcə notarial bağışlama müqavilələri ilə hər kəsin konkret fiziki hissəsi dəqiqləşdirilməli, sonra Əmlak Məkanına torpağın ayrı-ayrı sahələrə bölünməsi (hər birinə öz kadastr nömrəsi və müstəqil çıxarış verilməsi) üçün müraciət edilməlidir — bu, minimum sahə və yola çıxış tələblərinə cavab verdiyi halda mümkündür. Bələdiyyəyə məxsus özəlləşdirilməmiş 2 sotdan çıxış məsələsi isə ayrı hüquqi məsələdir və artıq mövcud yol haqqı (servitut) yoxdursa, bu barədə əlavə razılaşma və ya özəlləşdirmə tələb oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Xalıda Məmmədova 2026-08-19 08:34:52

    Salam.Xahis edirəm sona kimi oxuyun nene meslehet verin.Men 3 ildir ki öz şəxsi evime bacılarımın evi bələdiyyə sənədi ile olduğuna görə onları ve oğlunu qeydiyyata salmışam.Onlar dövlət işində işlədiklərini görə , qeydiyyat tələb etdilər ,pensiya zamanı arayış, şəxsiyyət deyişməsi zamanı qeydiyyat lazım oldu deyə qeydiyyata düşdülər.İndi ev satılır və basqa yerde alınır .Menim yeganə bir qız övladım var 24 yaşında Gelecekde biz ata ana həyatda olmayanda ona bu qeydiyyat ne kimi problem yarada bilər? Bu mesele meni çox narahat edir.Onlara qeydiyyatdan çıxın da deyə bilmirəm doğmalarimdi deye.Biz bacılar yaşlı insanlaririq ne vaxtsa həyatda olmayacağiq .Amma qızım aile qurar yoldaşı yad adam olacaq .İstemirem qeydiyyata göre xalaoglu xalaqizi arasında bu problem olsun, düşmənçilik yaransin.Sizden meslehet almaq istəyirdim.Əvvəlcədən teşekkürumu bildirirəm.

    Mənzil mülkiyyətçinin xüsusi mülkiyyətində olduğu üçün qeydiyyatda olan bacılarınız və onların övladı ev üzərində heç bir mülkiyyət və ya miras hüququ qazanmır, ev yalnız sizin varisiniz olan qızınıza keçir. Lakin Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, bu şəxslər evdən istifadə hüququna malik sayılırlar və gələcəkdə mənzili satarkən, ipotekaya qoyarkən və ya onlar öz xoşları ilə qeydiyyatdan çıxmaqdan imtina etdikdə, qızınız mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etməli olacaq. Münaqişələrin qarşısını almaq üçün hazırda mənzil satılıb yenisi alınarkən həmin şəxsləri yeni mənzilə qeydiyyata salmamaq və ya notarial qaydada evdən istifadə hüququna xitam verilməsi barədə müqavilə/ərizə bağlamaq tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Ramil 2026-07-23 18:51:49

    Salam. Mən qeydiyyatdayam menimraziliqim olmasa kimse kupçani öz adına qeyd edə bilər?

    Salam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, mənzildə və ya yaşayış evində yalnız qeydiyyatda (yaşayış yeri üzrə qeydiyyatda) olmaq şəxsə həmin əmlak üzərində mülkiyyət hüququ (çıxarış/kupça) vermir; qeydiyyat hüququ ilə mülkiyyət hüququ tamamilə fərqli anlayışlardır. Buna görə də, əmlakın qanuni sahibi, müqavilə əsasında alıcısı və ya vərəsəlik hüququ olan şəxs mülkiyyət hüququnu (çıxarışı) öz adına rəsmiləşdirərkən orada qeydiyyatda olan digər şəxslərin razılığını almaq məcburiyyətində deyil. Lakin mülkiyyətçi dəyişdikdən sonra yeni sahibinin sizin yaşayış hüququnuza xitam verməsi və sizi qeydiyyatdan çıxarması üçün (əgər könüllü çıxmasanız) məhkəməyə müraciət etməsi tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • Mammedzade Ramil 2026-07-23 18:46:33

    Salam.Men 30 ildir ki bir evde yaşayiram və qeydiyyatdayam Meni qeydiyyatdan çixarmaq istəyirlər Ev Nənəmə hökmet pay verib Çixartmaq istəyən Xalamdi

    Salam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Mənzil Məcəlləsinə əsasən, mənzildə yaşamaq və qeydiyyatda olmaq hüququ mülkiyyət hüququndan fərqlənir; nəvə olaraq evdə uzun müddət yaşamağınız və qeydiyyatda olmağınız sizə avtomatik mülkiyyət payı vermir. Nənəniz vəfat etdikdə ev vərəsəlik qaydasında onun qanuni vərəsələrinə (məsələn, xalanıza və varsa digər övladlarına) keçir və yeni mülkiyyətçi olan xalanız mənzildən istifadə hüququnuza xitam verilməsi və qeydiyyatdan çıxarılmağınız üçün məhkəmədə iddia qaldıra bilər. Lakin, yalnız məhkəmə qərarı olmadan heç kim sizi özbaşına qeydiyyatdan çıxara bilməz; evdə yaşamaq hüququnuzun və ya vərəsəlik payınızın (əgər valideyniniz nənənizdən əvvəl vəfat edibsə, təmsilçilik hüququ ilə) olub-olmadığını dəqiqləşdirmək üçün məhkəmə prosesində hüquqi müdafiənizi təmin etməyiniz tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Əsgərova Xatirə 2026-07-22 23:27:36

    Salam.Menim 2 bacım ve bacımın oğlu ievleri bələdiyyə sənədi ile olduğuna göre şəxsiyyət vəsiqəsi almasına göre bizim eve qeydiyyata düşdü.Artiq 3 ildi .İndi onlar könüllü olaraq qeydiyyatdan necə çıxa bilərlər.Cixandan sonra hara düşmək lazımdı?.

    Salam. Şəxslər öz könüllü ərizələri ilə ASAN Xidmət mərkəzinə və ya aidiyyəti polis idarəsinin qeydiyyat şöbəsinə müraciət edərək qeydiyyatdan çıxa bilərlər. Qeydiyyatdan çıxdıqdan sonra onların özlərinə aid mülkiyyət sənədi (çıxarışı) olan başqa bir mənzilə və ya ev sahibinin razılığı ilə digər bir ünvana qeydiyyata düşmələri tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • Nur zaman 2026-07-21 05:28:27

    Salam.Zehmet deyilsə məlumatlandıra bilərsiz ,ev mənim öz adimadir,anamın təkidi ilə dayimoglunu qeydiyyata saldım .Necə illərdi artıq ,qeydiyyatdan çıxarmaq istəyirəm .Bunun üçün nə etməli və hara müraciət etməliyəm.Qeydiyyatdan çıxarıldıqda ona bildiriş gedirmi?

    Aleykum salam. Mənzil tam olaraq sizin mülkiyyətinizdədirsə və dayınız oğlu könüllü şəkildə qeydiyyatdan çıxmağa razı deyilsə, Mülki Məcəllənin 228-ci maddəsinə və Mülki Prosessual Kodeksə əsasən müvafiq **rayon/şəhər məhkəməsinə mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi** ilə müraciət etməlisiniz; məhkəmə iddianı təmin etdikdən və qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin qərarı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə (və ya ASAN Xidmətə) təqdim edərək onu mənzildən qeydiyyatdan çıxara bilərsiniz. Məhkəmə prosesi zamanı cavabdehə (dayınız oğluna) məhkəmə tərəfindən rəsmi bildiriş (çağırış vərəqəsi) göndərilir, qeydiyyatdan çıxarıldıqdan sonra isə aidiyyəti dövlət qurumu tərəfindən onun sistemdəki qeydiyyat ünvanı ləğv edilir. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz