Hansı əmlak ər və arvadın birgə mülkiyyəti hesab edilir?
Ər-arvadın ümumi birgə mülkiyyəti.
Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Hansı əmlak ər və arvadın birgə mülkiyyəti sayılır?
Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar
Misal: Ər nikah dövrü ərzində öz adına avtomobil almışdır. Bu halda avtomobilin texniki pasportunda (texpasport) yalnız ərin adı göstərilsə belə, avtomobil ümumi birgə mülkiyyət sayılır və ərlə bərabər eyni hüquqlar arvada da məxsusdur.
Qiymətli kağızlar: istiqrazlar, səhmlər və s.
Kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar
Misal: Evlilik dövrü ərzində ər və ya arvadın bankda depozitdə olan pul vəsaiti.
Evlilik dövrü ərzində alınan daş-qaş və digər zinət əşyaları (əgər onlar hədiyyə kimi verilməyibsə).
Ər-arvaddan birinin şəxsi əmlakı, yəni nikaha daxil olmazdan əvvəl artıq onlara məxsus olan əmlak da ümumi birgə mülkiyyət sayıla bilər. Bu o halda mümkündür ki, həmin əmlakın dəyəri ərlə arvadın ümumi əmlakı və ya digər tərəfin əmlakı və ya vəsaiti hesabına əhəmiyyətli dərəcədə artsın.
Misal: Nikaha daxil olmamışdan əvvəl ərin adına orta bazar dəyəri 50 000 manat olan mənzil vardır. Nikah dövrü ərzində həmin əmlak ər-arvadın birgə qazancı hesabına 25 000 manat dəyərində təmir edilmiş və təmirdən sonra əmlakın bazar dəyəri 70 000 manat olmuşdur. Bu halda həmin əmlak da ümumi birgə mülkiyyət sayıla bilər. Çünki əmlakın dəyəri onların birgə pulu hesabına əhəmiyyətli dərəcədə (50%) artmışdır.
Nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik hüququ qaydasında aldığı əmlak və fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı, kitab) ümumi birgə mülkiyyət sayılmır.
Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına yönəldilə bilinər.
Misal üçün, ərin məhkəmə qərarı üzrə banka borcu olduqda və onun bu borcu ödəməyə vəsaiti yetmədikdə tələb onun birgə nikah dövrü ərzində əldə etdiyi əmlaka yönəldilir (həmin əmlak onun arvadının adına olsa belə)
#mulki huquq # Ər-arvad # birgə mülkiyyət # boşanma # daşınar və daşınmaz əşyalar # nikah müqaviləsi # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Rafo Memmedov 2023-03-12 16:18:53
Salam.Birge nigah dovrunde alinib ve satilan avtomobiller nigah pozulanan sonra bolune bilermi?
Nuray 2023-03-14 19:02:03
Salam. Mən qeydiyyatda ərimin dostunun evindəyəm. Yaşadığın ev isə həyət evidi kupçasız, yalnız ərimin adımadı. Birgə nigahdan olarkən alınıb. Əmlak bölgüsü olanda arvada pay hansı evdən düşür.
Aytac 2023-05-22 22:01:40
Salam, boşanma zamanı cehiz və zinət əşyası bölgüsü necə aparılır?
Bextiyar 2023-06-13 12:03:23
Salam , nigah dovrunde alinan avtobil arvadin adina olan halda ere surmek ucun etibarname vermelidir yoxsa nece ?
Aytac 2023-07-08 03:38:59
Salam, biz bosanma erefesindeyik, cehiz esyalarimi qarsi teref qaytarmir, hemin evde yasadigim baresinde arayis lazim oldugu bildirilir hansiki orada qeydiyyatda deyilem ve elde ede bilmirem o arayisi. Mehkeme de arayissiz ancaq esyalarimi teleb ede bileremmi? Ve texmini bu proses ne qeder cekir?
Aytac 2023-08-02 11:53:03
salam. ananın qızına pay verdiyi evden (nigah dövründə) ,boşandıqdan sonra yoldaşa pay düşürmü? Yeni er ve arvadın birgə mülkiyyəti sayılırmı?
Cavidan 2023-08-14 15:09:30
Qulam muellim salam bir soz soruwum masin evli vaxtinda menim adima olub sadece evli vaxtinda qardawimin adina kecirmiwem .tutaqki sentyabr ayinda sonra noyabr ayinda bowanmaya vermiwem hemin vaxtdada syrme ucun dovernost almiwam. indi mawin mulkiyyetcisi qardawimdir ama pay bolgusu qoyublar bu duzgundur beyem? neyneye bilerem ? mawini qardawim mulkiyyetci ola ola elinden ala bilerler?
Səbuhi Əliyev 2023-09-12 00:32:50
Salam. Mənim anamın mülkiyyət sahibi olduğu evdə qeydiyyatdayam. Ev atamla nigah vaxtı alınıb ancaq sahəsi balaca olduğuna görə mən atamın çıxarışsız qeydiyyatda olduğu evdə yaşayıram. Anam məni qeydiyyatdan çıxartmaq istəyir. Yaşadığım yer isə çıxarışsız olduğu üçün ora qeydiyyata düşmək həm istəmirəm həmdə olmur. Məni mülkiyyət sahibi qeydiyyatdan çıxara bilər?
Rüstəm Məmmədov 2023-09-25 17:02:29
Salam zəhmət olmasa izah edərdiz bir məsələni. Mən bu yaxınlarda boşanıram. Yoldaşım uşaqları götürüb 1 ildən çoxdur ki evdən çıxıb gedib atasının evinə. Yaşadığım evin mülkiyyətçisi deyiləm, başqa evdə qeydiyyatdayam. Arvadım yaşadığım evin və ya qeydiyyatda olduğum evin bölünməsini tələb etsə nə dərəcədə qanunidir? Çox sağolun.
Şərh yaz