Şəxs sahibliyində olan sənədsiz daşınmaz əmlakı öz adına rəsmiləşdirə bilərmi?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsində qeyd edilmişdir ki:
"Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər."
Əldə etmə müddəti əsasında faktik mülkiyyətçi olan şəxslərin mülkiyyətçi kimi qeydə alınmasına dair işlər üzrə məhkəmələr həmin müddətin hesablanmasını Azərbayccan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə mindiyi tarixdən yanı 01 sentyabr 2000-ci ildən hesablamağa başlayır.
Yanı misal üçün şəxs 1990-ci ildən onun sahibliyində olan heç bir sənədsiz torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı müraciət edə bilməz çünki 30 ilnən bağlı norma 2000-ci il tarixdən qüvvəyə minib və ona görə də hesablanma 2000-ci ildən başlanılır.
Bu mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2002-ci il tarixli qərarı ilə əsaslandırılır. Belə ki, həmin qərarda qeyd edilir ki, AR MM-nin 2005-ci il 24 iyun tarixinədək qüvvədə olan 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir.
Qeyd olunan qərara əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir.
Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunması qənaətinə gəlinmişdir.
Hesab edirik ki, Mülki Məcəllənin 2005-ci il 24 iyun tarixinədək qüvvədə olan 179.1-ci maddəsində nəzərdə tutulmuş əldəetmə müddətinin Mülki Məcəllənin qüvvəyə minməsi tarixindən etibarən hesablanmasına dair Konstitusiya Məhkəməsinin mövqeyi şəxsin istifadə hüququnun mövcud olduğu əvvəlki illərin ümumən nəzərə alınmaması anlamına gəlmir.
Belə ki, hazırda qüvvədə olan AR MM-nin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik əldəetmə müddətinin məhz Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 2000-ci ildən sonra yaranan münasibətlərə şamil edilməsinə dair qanunvericilikdə heç bir məhdudiyyət yoxdur.
Belə ki, AR MM-nin 7.1-ci maddəsinə əsasən:
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Bu maddənin qüvvəsi geriyə şamil olunarkən hər hansı mülki hüquq subyektinin hüquqi vəziyyətini pisləşdirmir. Çünki, bu maddədə əmlakın heç bir şəxsə mənsub olmaması əsas şərt kimi göstərilmişdir. Əgər həmin maddədə nəzərdə tutulan daşınmaz əmlaka başqa şəxs iddia edərsə, onun qüvvəsinin geriyə şamil olunması həmin əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş digər iddiaçılar üçün bərabər nəticələr doğurar.
Digər sözlə, maddənin hüquqi qüvvəsinin geriyə şamil olunması hər hansı şəxsin reallıqda mövcud olan vəziyyətinin pisləşməsinə səbəb olmur. Çünki, faktik sahib həmin əmlaka sahibliyi vicdanla həyata keçirir. Onun özünü mülkiyyətçi kimi hesab etməyə əsası vardır. Mülki qanunvericiliyin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək olduğunu nəzərə alsaq, faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş şəxsin mülkiyyətçi kimi qeydə alınması üçün real zəmin yaranır.
Məsələyə digər tərəfdən yanaşaraq 30 illik əldəetmə müddətinin həmin normanın qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil etsək və həmin norma qüvvəyə minənə qədər əmlaka real sahibliyi həyata keçirmiş şəxslərin faktiki sahiblik müddətini nəzərə almasaq, bu hal real hüquqlara sahib olan maraqlı şəxsin konstitusion hüququnun həyata keçirilməsini, yəni onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını məhdudlaşdıra bilər.
Beləliklə, şərh edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, əgər mülki hüquq norması, ocümlədən AR MM-nin 178.6-cı maddəsində nəzərdə tutulan əldə etmə müddəti maraqlı şəxsin hüquqi vəziyyətini yaxşılaşdırmaqla yanaşı digər subyektlərin mövcud vəziyyətini pisləşdirmirsə, maraqlı şəxs Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinidə təsbit olunmuş hüququnun həyata keçirilməsini, yəni həmin maddənin birbaşa tətbiq edilməsini və onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını tələb edə və bununla da mülkiyyətçi kimi qeydə alınmasına nail ola bilər.
#daşınmaz əmlakın özəlləşdirilməsi # daşınmaz əmlak # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Mirzə 2022-05-08 17:02:29
Məhkəmə praktikasında hələ ki, bu məsələyə aid president yoxdur. Məhkəmələr 01 sentyabr 2000-ci ildən 30 il hesablanmasını qanuni sayır.
Murad Elimerdanov 2022-06-29 22:09:10
Salam menim babamdan qalan torpaglarim var yarsi satilib yarsi qalb ama icinde hecne irelleyis yoxdu ne agac ne birsey sadece tikinti vardi o tikinti ucurlub senedleri yoxdu geri qaytarmaq isdeyirem babamndi qaytarma imoanm var ama arxivde gorsetmir hecne mese idaresi gelib deyirki bizimdi unvan Qurd deresi novxani bag massivi
İbrahımova lalezer 2022-10-28 23:04:10
Salam biz 8 usağığ atam rehmete gedib anamin 85 yaşı var qardaşımın ıkısı anami aparib torpak şöbesıne torpağın yarsını alqı satqı yolu öz adına keçırıb ve ev tıkıb rasıya vetendaşıdı o bırı qardaşım bağışlama yolu ile torpağin qalanını ve mülkü ele keçirib aradan 3 il keçib indi anam peşman olub geri almaq isteyir mümkündürmü
Rəna 2023-02-01 10:53:43
Salam. Mən bu günlərdə 3 sot torpaq almışam. Alqı satqı müqaviləsiylə. Torpaq yeni suraxanı ərazisindədir. Kənd təsərrüfatı kateqoriyasında. Bu torpaq mənim mülküm sayılır I? Mən buna vergi ödəməliyəm i və nə qədər
Necefir Elcin 2023-04-21 23:15:01
Salam bagislayin narahat et tdiyim ucun.men 3.3.2023ilde etibarname ile ev almisam kisi den indi kecmis heyat yoldasi yeni xanimi mene gelib deyir evden cix bu evde mene mehkeme 3usagima gore yasama huququ verib.2004 evlənmişəm 2012de bu evi tikmişik. 2020ayrilmisam.biz indi ne ede bilerik.ev təmirsiz idi təmir eletdirmisik.hara müraciət edey 30 mine yaxin pulumuz cixib
Necefir Elcin 2023-05-03 10:19:58
salam cox sag olun cavablandirdiginiz ucun men indi polise yoxsa mehkemeye muraciet edim?nece edim muracietimi zegmet olmasa deyerdiniz gedim ele bu gun edim
Xaliq Memmedov 2023-05-23 00:06:53
Etibarname ile torpaq almisiq etibarnamede umumi sahe qeyd olunub ananin raziligi ile oglu turmeden cixandan sonra deyirki men torpag payimi istiyirem anam ancaq oz payini sata biler.Bu qanuna uygundurmu etibarname muddetide 50ildir
Zaur 2024-01-15 13:12:00
Salam, heyet evim var, seneti yoxdu, yalniz komunal adimadi. Eve qeydiyyata dusmek ucun mehkemeden qeydiyyatla baqli qetname almaq mumkundur? Evvelceden tesekkurler.
Əhmədov Mahir 2024-02-02 00:01:40
Salam.Rəhmetlik atama 1997 çi ildən müvəqqəti istifadə üçün bəbərxana kosku verilmişdir.30 ildir orda isdeyirem. Vergi odecisiyem. 2010 cür ilden sonra icranın qərarına əsasən koskü abadlasdirmişam. H.abutalibovun sərancamı ilə verilmişdir . Sənəddə müveqqeti istifade ucün verilmişdir. Lakin bunu öz adıma cixariş almaq istəyirəm. Məsləhətiniz .
Qalib Paşayev 2024-02-03 13:15:37
Salam aleykum. Atamın adına 1994 cü ilin kiçik müəssisə nəznində daimi istifadə torpaq akt var. Bu sənədin ləğv olma ehtimalı var? Bu sənədi bərpa etmək mümkündür?
Azad 2024-02-05 19:54:24
Salam Qulam bey.Menim anam ikinci defe zaqsla 2004 cu ilde aylə həyatı qurub ikinci yoldaşindan övladi yoxdu.biz onun evinde yaşayiriq mende orda qeydiyyatdayam öqey atam rəhmətə gedib öqey atamın anasında atasida rəhmətə qedibler onun 2bacısı saqdi öqey atam iki aydı rəhmətə gedib indide bacıları deyirlər ki çıxın bizim ata evimizden bunların ixtiyarı var bizi həmin evden çıxarmaq?Əvvəlcədən sizə təşəkkur edirəm .
Xəzər Rəhimov 2024-03-02 02:08:03
Salam,yaşadığım evin sənəti yoxdur,içərisində olduğu torpaq sahəsinində sadəcə 2000 ci ildə qonşuluq axtı vasitəsilə alınıb, artıq 24 ildirki fasiləsiz yaşayış var,kommunal öz adımadır. Sənədləşdirmə aparmaq mümkündürmü və bunun üçün hara müraciət etməliyəm? Təşəkkürlər
Ilqar Zeynalov 2024-04-29 22:29:55
Salam.Atama 2001 ci ilde Demir yollari terefinden 1 otaqli menzil verilib.Mektub esasinda.Atam dunyasini deyiwib.Menzilin hec bir senedi yoxdur.Yalniz komunallar bizim adimizadi.Biz bu menzili ozellewdire bilerikmi.Mehkeme yolu ve bawqa yollarlar bu mümkündür?
Ramal 2024-07-15 18:54:35
Salam , evin sənədi köhnədir , 67ci ilin sənədidir . Ev yaxın qohumun adınadır , varis mənəm . Torpağa çıxarış almaq üçün müraciət edirəm əmlaka idarəsinə - sənədi yoxlayır deyir sistemdə görsənmir , ancaq imtina verə bilərik məhkəmə qaydası ilə həll et . Digər tərəfdən deyirlər məhkəmədə alınmasa təsdiq almaq əgər - torpaq sahəsi əlindən birdəfəlik çıxa bilər . Nə məsləhət görə bilərsiz (imtina alıb məhkəmə yolu ilə həll edək ) yoxsa ikinci variant barədə düşünmək lazım ?
Zümrüd Bədəlova 2024-08-05 14:18:47
Salam babamin bagi var 2020 de babam rehmete gedib indi atam bagi öz adina kecirtmek isteyir atamgilide 5 usaqdilar 3 qiz 2 oglan Sənədləşmə işi 2 il bundan öncə başlanıb 3 qiz imtina erizesi yazib öz paylarindan imtina edibler iş indi yekunlasmaq üzrədi qizlar imtina etdiyi üçün bag iki qardaw arasinda bölünür Qizlar erizeni 2 il öncə yaziblar indi erizelerini dala çəkə bilerler ya düzəliş ede bilerlermi ki biz imtina etmirik böyük qardaşa bagislayiriq öz payimizi ? Mehkeme yolu ilə düzəliş etmek olar?
Şərh yaz