Zamin olduğunuz zaman sizi hansı məsuliyyət gözləyə bilər?
Bəs bilirsinizmi zamin olduğunuz şəxs borcunu ödəmədiyi təqdirdə sizi nə gözləyir?
Zaminlik öhdəliyin icrasının təmin edilməsinin bir üsuludur. Yəni, zamin bank (kreditor) qarşısında öz üzərinə öhdəlik götürür ki, zamin durduğu şəxs kredit borcunu ödəmədiyi halda onunla bərabər öz əmlakı ilə məsuliyyət daşıyır.
Tutalım ki, siz tanıdığınız bir şəxsə bankda zamin durdunuz (adətən bankda xırda şriftlərlə yazılmış hazır müqavilə formaları olur ki hansını oxumağa vətəndaşın səbri çatmır). Bir müddət sonra, həmin şəxs kredit öhdəliyini icra etməkdən boyun qaçırdır.
İlkin olaraq, bankın əməkdaşları kredit götürən şəxslə yanaşı, sizə də zəng edib borcun ödənilməsini tələb edəcək.
Bundan sonra, kredit götürən şəxs və ya onun yerinə siz müqavilə üzrə məbləği ödəməməyə davam etdikdə bank borcun hər ikinizdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcək.
Bağladığınız zaminlik müqaviləsinin növündən asılı olaraq məhkəmə öz qərarında yaranmış borcun sizdən hansı qaydada tutulmasını müəyyən edəcək.
Misal olaraq, zamin durduğunuz şəxsin borcu 10 000 manatdır.
Bu halda əgər bağladığınız zaminlik müqaviləsi üzrə subsidiar məsuliyyətnəzərdə tutulubsa, məhkəmə tərəfindən sizin üzərinizə yaranmış borcun yarısını, yəni 5 000 manatı ödəmək öhdəliyi qoyulacaq.
Yox, əgər siz zaminlik müqaviləsinə əsasən müştərək qaydada məsuliyyət daşıyırsınızsa, onda zamin durduğunuz şəxslə yanaşı, sizdən də 10 000 manatın hamısı tələb ediləcək.
Müqavilə üzrə banka olan borcun sizdən tutulması haqqında məhkəmə qərarı çıxdıqdan sonra belə zamin durduğunuz şəxs və ya siz yaranmış borcu yenidən ödəməsəniz, məhkəmə həmin pulun sizdən tutulmasını icra orqanına tapşıracaq (Ədliyyə Nazirliyinin tərkibində olan yerli icra qurumlarına).
Yekunda borcun sizdən tutulması haqqında məhkəmədən müvafiq tapşırıq (icra sənədini) alan icra məmuru qeyd olunan borcun sizdən alınması üçün sizin əmlakınıza (ev, avtomobil, qızıl və s.) həbs qoydura, hər-hansı bir bankda olan pul vasitələrinizi müsadirə edə və (və ya) borcu sizin əmək haqqınızdan tuta bilər (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tutmaların məbləği əmək haqqının 50 faizinə qədər ola bilər)..
Bunun üçün mülki hüquq reqres iddia anlayışını formalaşdırmışdlr. Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququdur.
#zamin # zaminlik # bank # kredit # mülki məcəllə # qanun # ipoteka haqqında qanun # müqavilə # gəlir # bank olmayan kredit təşkilatları # vekil axtariram # bank azerbaijan # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Celiliv Muwfiq 2022-08-17 13:59:09
Salam men bir nefere zamin durmuwdum durdugum vaxtan uc ay sonra rehmete getdi ve menim maawimnan tutuldu pul kredit goturenin iki oglu var biri polisde iwliyir men nece ala bilerem odediyim pulu geri ? Xaiw mene komek edin
Gunay Seferova 2022-09-17 15:57:24
Salam,eger biri sizin sexsiyetinizi alcadir,hemcinin nalayiq sozler deyirse bunjn cezasi nedir?
Cavid 2022-11-22 11:24:30
Ətraflı məlumat üçün təşəkkürlər.
Ildrim Celilov 2023-02-08 18:16:07
Salam her vaxtiniz xeyr olsun.size sexsi olaraq bank meselesi ile bagli nece ve harda yaza bilerem etrafli?
Rafael 2023-05-02 19:26:15
Salam, Mən iş yoldaşıma Zamin Durmuşam Hal hazırda Özü pensiyaya çıxıb Və 1.500 manat pensiya və Kartla hal hazırda 500 dən çox Maaş Alır Və kriditi ödəmir Məhkəmədən Mənnən pull tutula bilər?
Fuad 2023-09-28 16:46:26
Salam men bir nefere zamin durmusam 20000 min manata aldati ki 3 aya baglayacaqam.baglamadi.mwn ona 150 manat pensiya ile zamin durmusam.150 manat pensiya ile zamin durmaq olar? Birde ki o sexsin altinda bahali masini gul maqazini var amma odemir.neyneye bilerik.?
Orkhan 2024-03-11 11:52:38
Salam, Kredit müqaviləsi 24 aydır. Müqavilə 2019-cu ildə bağlanıb. Bank mene 2024 Yanvarda müraciət edib ki Zamin durmusunuz 2019-cu ildə. 477-ci maddə bura şamil olunurmu, xitamla bağlı. Əgər məhkəməyə çağrılsam və getməsəm, məhkeme avtomatik xitam verecekmi zaminliye, ya gedib əsaslandırmağım gərəkdir. Təşəkkürlər.
Aysel 2024-03-31 10:06:52
Salam men ve yoldawim zamin olmuwuq bize icra melumat verirki 25.000 manat siz odemilsiz o sexs oduyur 200 manat ayda ona gore pulu biz vermeliyim zehmet olmasa melumat verirdiz
Rəhim Rəsulov 2024-04-20 00:33:10
Salam mən zamın qalmışam kredit ödənilmir mən Rusiya gede bilərəm
Naməlum 2024-04-29 11:00:25
Salam mən zamin durmuşam. Həmin şəxs pulu gecikdirdiyinə görə pul mənim kartımdan çıxılıb. Kartlarımda zaminliyimə görə blok olunub. Həmin şəxsdə pulu vermir.Hüquqi olaraq nə edə bilərəm?Nə etməliyəm mən?
Əsgər Əkbərov 2024-05-09 20:16:33
Salam. Yaxınıma zamin durmuşam icra yolu ilə məndən 50 faiz tutulur. Bilmək istəyirəm zaminliyim bitdikdən sonra təkrat kredit götürəbilərəmmi ? Bir iki bankla əlaqə saxladım dedilər götürəbilməzsiz. Anlamıram niyə. Adımda hrçbir kredit yoxdu zami liyimdə yoxdu. Rəsmi işdə işləyirəm. Öncədən təşəkkür edirəm
YUSIFOVA ZEMINE 2024-05-21 09:20:51
Salam .Men zamin durmusdum bir sexse o telefon goturub .menim xeberim olmadan basqa birini de goturub.birde usagina velosiped.hemin sexs cavab vermir .indi bunun 3de mən odemeliyem.1ci ye qol cekmisem 1ci telefonu goturende. O birilerini bilmemisem yene mehsulliyeti mən dasiyiram.
Cavidan Novruzov 2024-08-18 10:29:19
Salam. Mən bir nəfərə zamin durmuşam, başqa bir nəfərdə mənə zamin durub, əlavə olaraq mən 2-ci bir nəfərə də zamin durmuşam və öz kreditimdə var aylıq 400 manat maaş alıram və 360 manat kredit ödüyürəm. Mənim 2-ci zamin durduğum adam 3 aydı ödəniş etmir və bank mənə qalıq borcun ödənişini etməyimi isdiyir və etməsəm iş məhkəməyə gedəcək. Belə olduğu təqdirdə mənim aylıq 360 manat eyni banka ödəniş etdiyimi də nəzərə alsaq məhkəmə zamin borcu ödənilməsi ilə bağlı hansı qərarlar verə bilər zəhmət olmasa məlumat verərsizdə?
Şərh yaz