Hüquqi yardım

Boşanma zamanı uşaq
21 Sen

Boşanma zamanı uşaq

Boşanma zamanı uşaq kimdə qalır? Boşanma zamanı uşaq hansı hallarda ataya verilir? Boşanma prosesi uşaq varsa

Boşanma zamanı uşaq kimdə qalır?

Boşanma prosesi zamanı ən mürrəkkəb məsələlərdən biri boşandıqdan sonra uşağın hansı valideynin yanında qalmasıdır.

Qeyd etmək istəyirəm ki, Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Haqqında bəhs edəcəyimiz məsələyə dair məhkəmə yolu ilə boşanma proseslərindən birini misal göstərək:

Mehriban və Arzuman 2007-ci ildə ailə həyatı qurmuş və bu nikahdan onların 2008-ci ildə Ceyhun, 2011-ci ildə Sevda, 2012-ci ildə isə Xəyal adlı övladları dünyaya gəlmişdir. 

Mehriban və Arzuman 2018-ci ildə ayrılmış və Mehriban balaca oğulları Xəyalı da özü ilə apararaq atası evinə yerləşmişdir. Barışmaq üçün 1 il gözləsə də, bunun mümkün olmayacağını anlayan Mehriban, rayon məhkəməsinə müraciət edir. Məhkəmədən xahiş edir ki, qalan iki övladı Ceyhun və Sevda da onun yanında yaşasın. Çünki hesab edir ki, uşaqlar analarına daha çox bağlıdır və onun yanında yaşamaq istəyirlər. Atası isə uşaqların atalarının yanında qalmaq istədiklərini deyir. 

Rayon Məhkəməsi isə bu məsələ ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasını rəy vermək üçün işə cəlb edir. Məsələ ilə bağlı Qəyyumuq və Himayəçilik Komissiyası da rəy verir ki, Sevda anası ilə, Ceyhun isə atası ilə qalmalıdır. Rayon Məhkəməsi də bunu əsas götürərək Sevdanın atadan alınıb anasının himayəsinə verilməsi barədə qətnamə qəbul edir.

Qərardan narazı qalan uşaqların atası rayon məhkəməsinin qətnaməsindən Apellyasiya Məhkəməsinə şikayət edir. Apellyasiya Məhkəməsi isə bu qərara gəlir ki, Rayon Məhkəməsi düzgün qərar verib, ona görə də onu qüvvədə saxlamaq lazımdır. 

Apellyasiya Məhkəməsinin də qərarından narazı qalan ata müraciət edir Ali Məhkəməyə. Ali Məhkəmə isə işin gedişatını dəyişdirən qərar verir. Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edir və işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərir. 

Bəs niyə qətnaməni ləğv edir? 

Çünki Ali Məhkəmə öz qərarı ilə əsaslandırır ki, Apellyasiya məhkəməsi iş üzrə cavabdeh Namiqin apellyasiya şikayətinin kifayət qədər ciddi və əhəmiyyətli olan dəlillərinə düzgün hüquqi xidmət verməmişdir. Bir sözlə, Ali Məhkəmə deyir ki, Rayon Məhkəməsi təkcə Qəyyumluq və Himayə Komissiyasının rəyini əsas götürüb qətnamə çıxarıb, Apellyasiya Məhkəməsi də Apellyasiya şikayətinə düzgün hüquqi qiymət verməyib.

Qəyyumluq və himayəçilik orqanının rəyində də Ceyhunun fikri nəzərə alınıb atası ilə qalması əsaslandırılsa da, Sevdanın anasının yanında qalması məsələsi ilə bağlı onun fikri nəzərə alınmayıb. Onun nə vaxtdan atası ilə yaşaması, anası və ya atası ilə qalması üçün şəraitin olub-olmaması, valideynlərdən hansına daha bağlı olması, valideynlərin şəxsi keyfiyyətləri, uşaqları tərbiyə etmə iqtidarında olub-olmamaları, təhsil alması və digər zəruri hallar araşdırılmayıb.

Nəzərinizə çatdırım ki, alınan bu cür rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil. Yəni ekspert uşaqların atada və ya anada qalması barədə qərar versə belə, məhkəmə yenə də uşaqların üstün mənafeyini nəzərə alaraq bu rəyi qiymətləndirməlidir.

Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərir. İşə apellyasiya məhkəməsində yenidən baxılanda Mehriban yenə iddia edir ki, Sevda qız uşağıdır və buna görə anası ilə qalmalıdır. Atası ona psixoloji təsirlər edir, ona görə atasının yanında qalmaq istəyir. Sevda isə tam əksini deyir, o atasını çox istədiyi üçün atası ilə qalmaq istəyir və hər iki qardaşını da çox sevir. 

Yekunda Apellyasiya məhkəməsi də yenidən qətnamə çıxarır ki, rayon məhkəməsinin qətnaməsi ləğv edilsin Sevda anasına verilmir, o atasının yanında yaşamağa davam edir.

Boşanma zamanı uşaq kimdə qalır?

Bəs niyə belə qətnamə çıxarılır? 

Boşanma zamanı uşaq bölgüsü apararkən məhkəmə uşağın üstün mənafeyini nəzərə alır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziyası Mərkəzi tərəfindən psixoloji ekspertiza da keçirilir. Onların rəyindən məlum olur ki, Sevdanın atasına qarşı bağlılığı müşahidə olunur, anasına qarşı bağlılığı müəyyən olunmur. Qəyyumluq və Himayə orqanının rəyinə gəldikdə isə, onlar Sevdanın anasının yanında qalasına rəy versə də, rəyində tam əsaslandırmır nəyə görə anasının yanında qalmasını. Həm də verdikləri rəydə heç qız uşağının fikrinə önəm verməyiblər. Məhkəmə gedişatında da Sevda dəfələrlə qeyd edib ki, atası ilə qalmaq istəyir. 

Ailə Məcəlləsinin də 52-ci maddəsində də göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmalar gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan situasiyalar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 

Ali Məhkəmənin də qərarında göstərilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”, yaxud “qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. 

Məhkəmə hər bir halda uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətən üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) ola bilməz.

Boşanma prosesi yekununda məhkəmə qeyd etdiyim və qeyd etmədiyim halları əsaslandıraraq qərara gəlir ki, Sevda atası ilə birgə qalmağa davam etsin.

Boşanma zamanı uşaq hansı hallarda ataya verilir?

Qeyd olunan sualın cavabı yuxarıda qeyd etdiyim məhkəmə yolu ilə boşanma proseslərindən görünür. Belə ki Məhkəmə hər bir halda uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almalıdır, yəni hər-hansı valideyndən birinin maddi durumunun digərindən yaxşı olması uşağın həmin valideynin yanında qalması üçün həlledici hal ola bilməz.

#boşanma zamanı uşaq kimdə qalır # boşanma zamanı uşaq hansı hallarda ataya verilir # boşanma prosesi uşaq varsa # boşanma prosesi # boşanma

Şərhlər

  • Samuel Pervane 2022-11-28 10:12:18

    Salam men 2003 ilinden hindistan vetendawi ile qanuni aile qurmuşam.2005 ci ilden 1 qizim var.qizim 10 gununden korpe iken bizi qoydu getdi .ozu menle evli olaraq hem hindistanda evlidir hem kazaxistanda .ve her yerde uwaqlari var .amma qizimla hec zaman ne zeng ne destek .men axi ne ede bilerem cox pis veziyetde yawayiram men bowanmaq isteyirem ve qizima aliment ala bilerem cunku gelen il 18 yawi olur.hindistan sefirliyi mene komek etmedi onu tapmaq isteyirem ve edalet isteyirem.

    Salam. Boşanmaq üçün Azərbaycan Respublikasında məhkəməyə müraciət edə bilərsiniz. Uşağın 18 yaşı olduqdan sonra alimnet tələb edə bilmərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Star 2022-12-13 17:38:38

    Salam.Mən 7 illik evliyəm.3 uşağımız var.4 və 6 yaşında 2 qız,7 aylıq 1 oğlumuz var.Yoldaşımla yola getmirik.Mən işləmirəm.Yoldaşım 600 manatdan çox maaş alır.Boşansam uşaqlar məndə qalacaq,onlara nə qədər aliment düşür,yoldaşım boşanmaq istəməsə necə olacaq?

    Salam. Uşaqların kimin yanında qalmasını məhkəmə müəyyən edir amma çox guman ki yaşlarının az olmasına görə sizin yanınızda saxlanılacaqdır. Aliment 1 uşağa görə 193 manatdır, lakin yekun məbləği məhkəmə müəyyən edir. Boşanmaq istəməsə də məhkəmə nikaha xitam verəcəkdir. Vəkil Qulam İsmayılzadə
  • Nilay 2022-12-18 07:51:00

    Salam bir ovladim var 4ayina teze kecib.ailem meni dolandirmadi incitdiler meni qaynatam mene el qaldirdi mende usagimla beraber ata evime geldim.bosanmamisiq yoldasim menden usagi almaq isteyir usagi menden ayira bilermi onu bilmek isteyirdim 4ayina teze kecib?

    Salam. Xeyr 4-aylıq uşağı heç kəs anadan alıb ataya verə bilməz. Vəkil Qulam İsmayılzadə
  • Shafaq 2022-12-26 08:38:26

    Men boşanma üzrə verdim ikinci cagrishmiz idi.yoldashim rus vetandashifi uşaqlarda yoldaşım ayın 26 gürcüstan yolu qacirdi.29da bizi məhkəməyə çağırıblar.102vermish hələ cavab gozduyurem axtarishdan xəbər yoxdur bu axri nece uşaq tapa bilmirik.

    Salam. Sualınız aydın deyil. Vəkil Qulam İsmayılzadə
  • Abidin Qurbanov 2023-01-01 23:47:44

    Salam, oğlumla gəlinim boşanib, artıq bir il iki aydir aliment ödəyirik. Qəyyumluq şöbəsindən uşaqlarla göruşməyə qərar verib, amma uşaqlarin anasi bizə uşaqlarla göruş vermir. Nə etmək olar?

  • Natiq Mənəfli 2023-01-02 19:51:37

    Salam.Hər vaxtınız xeyir.Yeni iliniz uğurlu olsun.1 aydır yoldaşım evi tərk edib və harda olduğu haqqında heç bir məlumat yoxdur.2 övladım var.Uşaqları da atıb gedib.Bu vəziyyətdə boşanmaq üçün ərizə versəm məhkəmənin qərarı necə olacaq? Uşaqlarımın məndə qalması üçün rəsmi iş yerinin olmasının,adıma hər hansı əmlak olmasının ümumiyyətlə maddi cəhətdən bir əlaqəsi varmı?Onsuzda ortada yoxdur.Xidmətinizə görə təşəkkürlər.

    Salam. Boşanma ilə bağlı cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edə bilərsiniz. Uşaqların sizin yanınızda qalmağı onların yaşı və digər faktorlardan asılıdır. Vəkil Qulam İsmayılzadə
  • Güler 2023-01-02 20:42:15

    Salam.Menim qanunu nigahim var ve ata evimde qeydiyyatdayam.Yaşadiğim yerde ise müveqqeti qeydiyyat kitabina düşmüşem.Rayondaki evlerin senedi yoxdur.Boşandiqdan sonra bu evde yaşayiş hüququm varmi.Qeyd edim ki bir oğlum var 8 yaşinda.

    Salam. Gəlin köçdüyünüz ünvanda qeydiyyatınız rəsmidirsə istifadə hüququ tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Fərid 2023-01-10 14:54:39

    Salam mənim 1 yaşı yeni tamam olmuş körpəm var. Boşanırıq. Sualım budur ki, rəsmi boşandıqdan sora ata uşağı heftədə neçə dəfə görəcək? Və 1 yaşındakı uşağı anadan ala bilərlər?

  • Nilay 2023-01-15 20:15:59

    Salam bagislayin sizi narahat edirem.Qanunda ele sey varmi usaq 1yasina catmasa ata bosanmaq ucun erize vere bilmez?Bu dogrudurmu?

    Salam. Ərizə verə bilər sadəcə arvad razılaşmayanda boşanma baş tutmaya bilər. Vəkil Qulam İsmayılzadə
  • Cemile xelilzade 2023-01-18 10:28:27

    Salam menim bir 2 yasinda birde 5 ayliq qizim var yoldasimla yola getmirik meni tehqir edir soyusler soyur ve el qaldirir hemcinin 2 yasinda qizima da her soyusu soyur mende etiraz etdikde mene el qaldirir bosanmaq isteyirem ozu mecburi kockunlere verilen evde qalir eyer bosansam mene ev dusur? Ve her iki usaga gore aliment ne qederdi men ata evine getmek istemirem mene ev vere bilermi men orda qalim onun evinde de qalmaq istemirem

    Salam. Aliment 2023-cü ild bir uşağa görə 220 manatdır. Gəlin köçdüyünüz evdə istifadə hüququnzu məhkəmədən tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Günay Babayeva 2023-01-21 00:23:35

    Salam. Mənim bacım dekabrda boşanıb. Rayon məhkəməsi Hər iki uşaqi anaya verib. İyun ayında məhkəmə olmaliydi. Amma 27 mayda Məhkəmə baş tutmazdan əvvəl bacımın yoldaşı 6 yaşlı qızıni qacirdib.May ayından bu günə qədər bizə uşağı gostərməyiblər. Dəfələrlə məhkəməyə gəlməyəcək prosesi uzadirlar.Nəhayət Dekabrda bitdi qəyyumluq da rəy verib ki usaglar anada qalsın Amma atası apelyasiya şikayəti verib. Uşaqlarin 6 və 2 yaşi var. Əgər Apellyasiya Və Ali məhkəmə yene uzansa 7 yaşlı uşağın seçimi olurmu valideyni seçməyə? Çünki uşaq 1 ilde atasının təzyiqi ilə əlbəttə atasını seçə bilər? Məhkəmə bunu nəzərə alırdı?

  • Günay Babayeva 2023-01-21 00:27:24

    Usagla görüş üçün dəfələrlə evlərinə gedib. Oxuduğu məktəbə gedib. Hətta məktəb direktoru bacımı içəri buraxmır. Üstünə hücum etdi. Sinifdə usagla birlikdə nənəsi oturur. Həmişə nəzarətdədir. Heç bir imkan yoxdur ki uşağı gorək

    Uşaqla görüş barədə məhkəməyə müraciət edə bilərsiniz müvəqqəti təminat tədbiri çərçivəsində. Vəkil Qulam İsmayılzadə
  • Günay Babayeva 2023-01-21 00:30:35

    Bacım ali təhsilli riyaziyyat müəllimidir. İşləyir, uşağı saxlamaqa hər cür şəraiti var. Qarşı tərəf sadəcə aliment ödəməmək üçün uşağı qaçırdıb. Deyirlər ki hər valideynde bir uşağ qalsa aliment ödənilmir.

    Aliment hər ikisindən tutulur daha doğrusu. Vəkil Qulam İsmayılzadə
  • Günay Babayeva 2023-01-21 20:05:19

    Çox sağ olun Birdeki ali məhkəmə və apellyasiya məhkəməsi iki övladı bir birindən ayıra bilərmi? Ya usaglar ayrıla bilməz?

    Salam. Ayıra bilər. Vəkil Qulam İsmayılzadə
  • NigarK 2023-01-22 06:54:40

    Salam bir ildir evliyem,yoldashim meni hamilelikden qabaq ve o dovurlerde doyub tehgir edib,bir defe cixib getmishem ushag dushuk riskim olub,anamin gozu garshisinda mene hamile olarken kelle atib,duzdur biz sonra barishdig amma baldizim meni gebullanmadigi ucun hemishe yoldashimi mene garshi edib ona gore yoldashim meni tehgir edir.Ushagim 10 gunlukdur prospiska olmasi ucun yashadigimiz yerde yoldashimin geydiyati yoxdur ,ona gore meni kecirmek istesede baldizim icaze vermir hetda yoldashima goy ushagdan imtina etsin men ona baxaram deye bildirib,Bu menim son cizgim idir o gadin anami meni tehgir edib ,ailem dagilmasin deye dozmushem,amma ovladim hagginda bele huner ozune almasi yoldashimin sehvidir,ve o buna eceb elemishem deyir!Men artiq onlara etibar elemirem belke ovladimi elimden almag isteyirler!Men o gadin hayatimdan cixsin deye boshanmaliyamsa bunu etmek isteyirem!Mene maraglidir o menden ovladimi ala biler?Men ona gore tehsilimi yarim goydum hal hazirda ishlemirem ,bu sebeble menden ovladimi ala bilerler?

    Salam. Xeyr, uşaq balacadırsa ala bilməz. Vəkil Qulam İsmayılzadə
  • Səbinə sadıqzdaə 2023-01-28 17:40:42

    Salam mənim 21 yaşım var 6 aydı evliyəm 6 aylıqda hamiləyəm çüsüb gəlmişəm 1 aydı ərim ərzə yazıb göndərib mən düzdü boşamaq istiyirdim sora düşündümki uşaq var o yazıqdı amma ərimin yazığı gəlmir uşaqa istəmirdə ma özü dedi telefondada səsini yazdırmışam amma ərzədə yazdırıbki uşaqı özümün himayəndəmə götürürəm əlimdə sübut var məhəkəmədə görsətsəm uşağı əlimnən ala bilməzdər xayiş edirəm yazın

  • Cemile Ibisova 2023-02-11 19:42:52

    Salam.Men 2014 cu ilde aile heyati qurmusam.2 ovladim var.8 ve 5 yasinda.Bosanma olsa usaqlar in menden alinma ehtimali var?yene nece olar?

    Salam. Böyük uşağın fikri nəzərə alına bilər, əgər o atası ilə qalmaq istəsə. Vəkil Qulam İsmayılzadə
  • İsazade Ayten 2023-02-12 01:01:59

    salam menim bacimin yoldawi bacimi soyur doyurde ozunden boyuk biriyle bacima xeyanet edir hetda onu eve getrir 3 uwaqi var 2 7 8 yawlari var biride qizdi onunda 4 yawi var uwaqlr atasin isdemir anasiyla qalmaq isdeyir atasi ala biler?

  • Ayten 2023-02-15 17:31:03

    salam bagişlayin narahat eledim sizi bacim bowanmaq isdeyir 3 uşaqı var bacım atama etibarname verib birden ușaqlari atasina vermek isdese vere biler bacim isdemir vere uşaqları uşaqlarda isdemir atasın oxuyun menim mesajımı

    Bu hal varsa atanıza etibarnamə veməyin özünüz iştirak edin məhkəmədə. Vəkil Qulam İsmayılzadə
  • Ayten 2023-02-16 15:17:37

    etibar name verilib coxdan mulk haqinda ușaq haqinda yox ozum olsam mekemede vere bilmez? nolar yazin

    Etibarnamə məhkəmədə təmsil edilmə haqqında verilməlidir. Vəkil Qulam İsmayılzadə
  • Nuray Qurbanova 2023-02-18 22:43:54

    Salam yoldaşımla ayrılmışıq.Uşağın 5 yaşı olmayıb.Uşağı mənim himayəmdə görülməsini isdiyirəm evlərinə aparmamağı tələb edə bilərəm?

    Salam. Sualınız tam aydın deyil. Vəkil Qulam İsmayılzadə
  • Bəxtiyar rzayev 2023-02-20 13:27:15

    Salam uşaqın 5 yaşı var 170 m ariment kəsilib.1 ay sonra isə nigahın pozulmasınan baglı ilk məhkəmə olub.hakim 5 yaşlı uşaqı ekspertə göndərməyi tələb edirki,uşaqın kimdə qalacaqı məlum olsun. Belə bir qanun varmı ki ariment kəsilib qətnamə verilib amma sonraki boşanma prosesdə ekspert tələb olunur

    Əgər hakim zəruri bilirsə onda mütəxəsis cəlb edə bilər, yəgin uşaq ata ilə yaşayır boşanmaya qədər ona görə belə qənatə gəlinib. Vəkil Qulam İsmayılzadə
  • Abuzer 2023-02-23 18:41:20

    Salam mellim hervaxtiniz xeyir olsun,sizi narahat edirem.men 2021rin sentyabirda bosanma erize vermisem.ama menim isime duzgun baxilmir,ali mehkemeyede sikayet etmisem yene eyni qerar verirler,2017ci ilden usaqlara men baxiram analari rus vetendasidi,ve hal hazirdada ordadilar,2 oglum var balacanin 8 yasi var boyuku 10 bitib,qeyumlukda usaqlari dindirdiler,mehkemeye rey geldiki usaqlar atadaqalsin,ama bular yene anaya verdi,seki apelyasya mehkemeye verdim isi,ise baxdilar usaqlari mehkeme zalinda dindirdiler usaqlar ata dedi,helem mektebden muellimede cagirmisdlar kamera altinda dindirdiler,usaqlar yene atani secdi,sonda seki apelyasya mekkenesi,dedi usaqlar oyredilib isi verdiler edliye nazirliyinin ekspertiziya merkezine,apardum usaqlari bakiya eksperte orda usaqlari dindirdiler,1 aydan cavab reyi geldi usaqlarin boyukunun anasina bagliligi uzecixmir atani isteyir,balaca ise yasi azdi deye mehkeme ozu biler,bu reye esasen yene usaqlari anada qalsin reyi geldi,ali mehkmeye sikayet etdim qeyyumlugun reyi ekspertin reyi ola ola yene reyi anaya verdiler, usaq getmir mende qalir men baxiram.mellim men neynim hara sikayetimi bildirim baxsinlar!!

  • Gulane Memmeova 2023-02-24 10:31:14

    Salam.Nomre menim adimadi polise muraciet ederek whatsap yazismalarin cixartdirmaq olar?Whatsap siketi buna icaze verir?

    Salam. Hesab edirəm ki ümumiyyətlə watsap yazışmalarını çıxartmaq olmur. Vəkil Qulam İsmayılzadə
  • Sureyya 2023-02-26 15:36:11

    Salam biz yoldasımla yola gedmirik mene şiddet gösderib defelerle usaqlarımın gözü önünde. 4 Ve 5 yasinda usaqlarım var. Atası deyrki usaqin 1ni ısdeyrem ve men isdemirem ki usaqlarım menim himayemden cıxsın. Az yasli usaqdırlar ala biler ?

    Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Aygun Azizova 2023-02-27 03:14:50

    Salam Biz yoldaşımla yola getmirik eve baxmir ailesi saxlamir esas problemler maddiyat ustundedu bizde nene baba baxir usaqlara yoldaşın her defe meni tehqir eleyir siddet gosterir men bosanmaq istyirem usaqlarim birinin 10 yas birinin 7 yasi var usaqlar onlara biraz bagli dilar cunki Cox seyleri derki etmir men qorxuram ki eger bosansam usaqlar menden alar?

    Salam. Ola bilər sizin uşaqalrın fikri nəzərə alınır onlar ataları ilə qalmaq istəsə məhkəmə qərarı ərinizin xeyirinə də qəbul edə bilər. Vəkil Qulam İsmayılzadə
  • Rumina Ramazaniva 2023-02-28 21:06:19

    Salam bir oglum var14 yawinda yoldawimla yola getmirik,bowanmaq istiyirem,bunun ucun ne etmeliyem?

  • Ramile Ehmedova 2023-03-01 00:01:02

    Salam menim 2 yasinda qizim var yoldasimla yola getmirik doyur meni soyur bilmek istiyirem ki menim qizimi elimden ala biler???

    Salam. Uşaq balaca olanda əksər halda ananın yanında saxlanır nikah pozulandan sonra. Vəkil Qulam İsmayılzadə
  • Gunay 2023-03-01 22:40:16

    Salam mənim yoldaşım börək xəsdəsidi heç yerdə işləmir özümüzdə kirayə yaşayırıq vəziyət çox pisdi ona başa salmağa çalışdım ki uşaqları bu vəziyətdə sağlamaq çətindi mən bir müddəd anam gilə gedim səndə qardaşın gilə get müalicəyə çox pulumuz gedir heç olmasa kirayə pulu verməyək yoldaşımım mənə dediyi gedirsən bir dəfəlik get onsuzda mən səni heç vaxt sevməmişəm kimi sözlərdi mənə deyir getsən uşaqları sənə vermiyəcəm uşağımın 6 və 7 yaşı var

  • Ilahe Nurullayeva 2023-03-02 11:50:09

    Salam.Menim yoldasim Rasiya vetendasidir bir oglumuz var hemcinin oda Rasiya vetendasidir ve mende her iki olkenin vetendasiyam.Bosanmaya verirem ama deyirki men de Rasiyadan verecem usagi senin elinden alacam.Usagin 2 yasi var.Bu mumkundur Ala biler usagi menden?

    Salam. Bu Rusiya məhkəmələrinin mövqeyindən asılıdır. Vəkil Qulam İsmayılzadə
  • gul 2023-03-03 21:45:05

    salam size sualım budur atam menim adima delilik adiyla pensiye duzetmiwdi ada bilindi yalandi kesildi bensiye indide yoldawimnan bowaniram oda deyir delilik kagizi var elimde deyecem delidi uwaqlari alacam mekemede bilinir yalan olmagi senedin yene ala biler uwaqlari nolar cavab yazin

    Salam. Dəlilik kağızınızın olub-olmamasından asılı olmayaraq uşağın kimin yanında qalmasına məhkəmə qərar verir uşağın yaşı tərəfləri maddi vəziyyəti və sair faktorlar nəzərə alınmaqla. Vəkil Qulam İsmayılzadə
  • gul 2023-03-04 17:25:53

    yoldawim ayda 3 manat alir birde uwaqin 7 8 5 yawlari var 3 uwaqdi uwaqlar atasin isdemir menen qalmaq isdeyir yoldawimda deyir delilik kagizi mekemede verecem uwaqi mene verecekler neynemek olar

    Sualınızı dəqiqləşdirin. Vəkil Qulam İsmayılzadə
  • Əliyev Niyameddin 2023-03-05 15:57:16

    Salam 2022 Iyul ayinda aile qurmusam . 26 yasim var .. Her kes kimi mende ailemi dolandirmaqdan otrun her sey etdim . Anam atam bacim ona qul oldular ne istedi etdiler bacim aile qurdugu halda hemese yenede ona edirdi anam desez evde is gormurdu butun isleri anam edirdi ..evde danisib gulduyumiz yerde birden anasi iceri girdi qizimi aparmaga grlmisem dedi sok olduk hamimizda axi ne etmisem dedim gezmeye aparmamisan hamiledi 5 ayliq hekim ona ancaq uzanmaq yazib evde hereket bele etmir ...Allah bilirki ozum agriya agriya mualice etdirmedim ozume onun hekimidi iynesidi dermanidi her sey etdim ...amma sen deme pal paltarini hazib edib eve mexsus olan qizilarida goturub anasina qosulub getdi biz gedenen sonra gorduku hecne yoxdu ...Harami olsun dedik .indise bosanmaq isteyirem oxumamisam bilmirem ona neler lazimdi komeklik ederdiz mene ona hansi senedler lazimdi hara muraciet edim

    Məqalədə ətraflı məlumat yazılıbdır tanış ola bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • S. Quliyeva 2023-03-06 11:51:47

    Salam. Men 2 ölkenin vetendaşiyam , Moldova ve Azerbaycan. 2010 cu ilden aileliyem. Yoldasim sadece Azerbaycan vetendasidi. 1 qizimiz var 12 yaşinda. Resmi nikahimiz Moldovada olub. Uşağa 3 yaşindan yalniz baxiram. Qaynatam rehmete getdiyinde Azerbaycana döndü, maddi durumlarin çetinliyinden geri qayitmadi bizi tek qoydu terk etdi. Bir müddet sonra Ukrainada işini qurdu, elaqemiz vardi ancaq ne yanimiza gelecek vaxti nede bizi yanina alacaq gücünün olmadiğini deyirdi. Ukrainada müharibe başlayanda menden qaynimin ailesi üçün moldovada kiraliq ev tapmami istedi, geldiler daha yaninda 2 aile vardi usaqlarla, 1 neçe gün qaldiqdan sonra Almaniyaya getdiler. Yoldasim gelmemisdi. Onlar getdikden sonra bildim ki, qaynimla gelen ukrainali qadinin biri yoldasimin (arvadi) qucağinda körpesi. Bildiyim gün boşanmaq üçün erizemi verdim. 3 mehkeme olub, heç birine gelmiyib, 4 cü mehkeme aprelde olacaq ve geleceyini bosanmayacağini deyir. Sizden haqqlarimi qizimin haqqini bilmek isteyirem. Bosanma erizemde boşanmağa sebeb meni aldatdiğini, ve 6 ildir onsuz yaşadiğimizi yazdim. Telebim boşanmaq, qizima aliment ve velahiyetini almaqdi. Xosluqla bosanmaq istemirse , problem yaradarsa menim qizimin haqlari nedi bilmek isteyirem. Sağ olun

  • gul 2023-03-08 16:53:01

    salam men yoldawimla yola getmirik bowanmaq isdeyirem mene delilik adıyla pensiye düzelib ama oda kesilib yoldaşım deyir elimde delilik kağızı var uşaqları alacm senen saĝlamlı kaĝzı almasam vekil tutmasam ala biler uwaqları onuda deyim uwaqlara şidet edib gezdiyi qadini eve getirib

    Salam. Sual neden ibaretdir? Vəkil Qulam İsmayılzadə
  • gul 2023-03-08 22:03:44

    salam sualim budur ki boşamada vekil tutmasam yoldaşimin etdiklerin subut ede bileremi? adima delilik kaĝzi var ama saglamam pensiye duzelib oncun ama indi pensiye almiram kesilib yoldaşimda deyir delilik kaĝzi var uşaqlari alacam senen saĝlamliq kaĝzi almasam uşaqlari alabiler menen? onu bilmek isdeyirem ?

    Dəlilik kağızı anlayışı qanunvericilikdə yoxdur, ona görə başa düşə bilmirəm hansı sənəddən söhbət gedir. Şəxsin fəaliyyət qabiliyyətli olub-olmaması yalnız məhkəmə tərəfindən sübuta yetirilir. Əgər həqiqətən də sizdə heç bir porblem yoxdursa onda və uşaqlar da sizinlə qalmaq istəyirsə onda çox guman məhkəmə uşaqları sizinlə saxlayacaq. Vəkil Qulam İsmayılzadə
  • gul 2023-03-09 17:30:30

    cox sagolun cavabiniza gore

  • Ozal 2023-03-13 22:52:18

    Salam.Xanim yoldaşı ilə boşanıb bir övladı var uşağın 4 yaşı var xanım yenidən ailə qurmaq istəyir lakin yoldaşı hədələyir ki usaqi senden alacam.Usaqa xanım baxıb o böyüdüb indi də hal hazırda xanımın yanında qalır uşaq əgər ailə qurarsa yenidən yoldaşının almaq ixtiyarı var usaqi

    Xeyr, yenidən nikaha daxil olmağ uşağın anadan alınması üçün əsas deyil. Vəkil Qulam İsmayılzadə
  • Gulwen 2023-03-17 11:10:15

    Salam hornetli vekil, men bowanmaqa erize vermiwem, 1oqlumuz var 12yawinda,qaynatam bize ev alib verdi, indi bu evde men oqlum yoldawim qeyydiyadtayiq, bownandan sonra oqlum menimle qalacaq, bu evin nece hissesi bize duwecey. Cox saqolun.

    Əgər ev yoldaşınıza bağışlanma müqaviləsinə əsasən keçibsə onda ordan sizə heç bir pay düşmür. Vəkil Qulam İsmayılzadə
  • Cemale Memmedova 2023-03-18 14:59:54

    Salam.polis ve ya mehkeme whatsap yazismalrin cixartdira biler?Bosanmada bu subut kimi goturule biler?

    Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Cəsur 2023-03-21 21:46:19

    Salam hörmətli vekil. Ailəmlə boşanma ərizəsi vermişik. Atamdan qalma evimiz var atam rəhmətə gedib hal hazırda işiq qaz anamın adınadır uşaqlar mənimlə qalsa xanim hansı iddia qaldıra bilər. Bu evdən ona pay düşürmu. Təşəkkür edirəm.

    Xeyr, düşmür. Vəkil Qulam İsmayılzadə

Şərh yaz