Hüquqi yardım

Valideynin razılığı olmadan uşağı xarici ölkəyə necə aparmaq olar?
08 Apr

Valideynin razılığı olmadan uşağı xarici ölkəyə necə aparmaq olar?

Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir.

Valideyin razılığı olmadan uşağın xaricə aparılması.

Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur.

Qanunvericilikdə uşağın xaricə aparılması qaydası necə müəyyən edilib?

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Uşağın digər valideyni onun xaricə aparılmasına razılıq vermədikdə bu məsələ necə həll olunur?

Bu halda, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının razılığı olmadan, anası ilə birlikdə (və ya əksinə) Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır.

Əksər hallarda, məhkəmələr uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılmasına dair iddiaları təmin edirlər. Bu onunla bağlıdır ki, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlarda hər bir uşağın ən yaxşı həyat səviyyəsi və mənafeyinin qorunması üçün geniş imkanlar nəzərdə tutulmuşdur. Digər tərəfdən, tərəflərin birgə nikahlarından olan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər uşaqla birgə xaricə getmək istəyən valideynin, istərsə də uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur. Bu nöqteyi-nəzərdən uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılması məqbul hesab edilir.

Vəkil

Sonda onu qeyd edim ki, uşağın üstün mənafeyinin müdafiəsi və ən yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün boşanma prosesi başa çatdıqdan sonra uşağın digər valideynin razılığı olmadan xaricə aparılması üçün mütləq şəkildə məhkəməyə müraciət edilməlidir və bunun üçün bu cür iddia qaldırmaq istəyən hər bir şəxsə peşəkar hüquqi yardım lazımdır.

Vəkil məhkəmə yolu ilə uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından xaricə aparılmasına dair iddia qaldıran zaman tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən iddia ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən uşağın valideynin razılığı olmadan xaricə aparılması prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.

#ölkədən çıxış # razılıq ərizəsi # boşanma prosesi # uşağın nanın yanında qalması

Şərhlər

  • Şəbnəm Rzazade 2023-04-14 21:25:27

    Salam.Mən boşanma erizesi verecem.qarsi teref ustadi yeniki dovlet isi deyil.bilmek isteyirem men alumenti qaynatamin ve ya qaynanamin pensiyasindan kesdire bilerem?.cunki yoldasim ödemiyecey oz isteyiyle

    Xeyr, siz ilk növbədə ərinizdən tələb etməlisiniz. Vəkil Qulam İsmayılzadə
  • Mehebbet Rəhimov 2023-04-30 16:41:16

    Salam.10.08.2022ci ildə boşanmışam.2ovladim var.12 ve14yasinda.usaqlar ana himayesinde qaldı.etiraz etmədim.lakin 25.12.2022ci ildən böyük oğlum (14yasinda) mənə gəldi.etiraz etmədim.himayeme almaq üçün ne etməliyəm.

    Məhkəməyə müraciət etməlisiniz ki, uşağın sizin yanınızda saxlanılması haqqında qərar qəbul etsin. Vəkil Qulam İsmayılzadə
  • İlahe Abbasova 2023-05-12 14:23:03

    Salam hörmetli Vekil.Men yanvar ayinda mehkemeye alimentin artirilmasi ve elave xerclerle bagli muraciyyet etmisdim.220 azn sabit pul mebleginde aliment kesildi 50 azn de usagin saglamligi ile bagli.qarşi teref qerardan Apellyasiya sikayeti verib.etiraz edirki iki iddi bir qetnamede ola bilmez hakim qanun pozub.birde deyirki men aile qurmusam iki ovladim var bu qerar menim ovladlarimin ve arvadimin haqqina girir.resmi olaraq 345 azn maaş yazdirib adina.ve onu sebeb gosterir ki gelirim budur 4/1 tutulsun.Apellyasiya mehkemesi qerari deyişe ve ya legv ede bilermi onun xeyrine.meni ne gözleyir?

    Çox gümanki qətnamə ləğv edilməyəcəkdir. Vəkil Qulam İsmayılzadə
  • Xədicə 2023-05-13 08:59:47

    Salam! Övladdan imtina yada soyaddan çıxarma qərarı varmı? Cavablandırsanız yaxşı olar və təşəkkür

    Xeyr. Vəkil Qulam İsmayılzadə
  • Vafa Gasimova 2023-06-27 22:13:08

    Salam.1-ci sualim-mən yoldaşımla məhkəmə yolu ilə ayrılmışam.ozu hal hazırda həbsdədir.məhkəmə yolu ilə aliment kəsilib.ammə alimenti ala bilmirəm.bunun UCun nə etməliyəm.? 2ci sualım - uşaqlarımızı xaricə aparmaq istəyirəm. uşaqlarım xaricdə yaşayan xalasının görmək istəyir adı ilə icazə ala bilərəmmi?

    Aliment qərarı icra oluna bilmir şəxs cəzaçəkmə müəsisəsində olan müddətdə ona görə ki borclu orda qazanc əldə edə bilmir. Lakin cəzaçəkmə müəsisəsində olduğu dövr üçün aliment borcu üst-üstə hesablanır. Uşağı xaricə aparmaq üçün bahənyə zərurət yoxdur, sadəcə əriniz yazılı razılıq verməlidir bu haqda ya da ki, məhkəmə vasitəsi ilə qət edilməlidir ki ana atanın razılığı olmadan uşağı xaricə apara bilər. Vəkil Qulam İsmayılzadə
  • Heyranə 2023-07-05 14:59:30

    Salam! Valideyn övladdan hansı hallarda imtina və mirasdan uzaq edər(yəni ev, maşın və.s.). Cavan üçün var olasınız.

    Xeyr, bu doğru informasiya deyil. Vəkil Qulam İsmayılzadə
  • Gulnare 2023-07-05 23:23:47

    Salam, 2015-ci ilden nigah pozulun, uwagin 8 yawi var amma kesilen alimentinin hech bir ayi da odenilmemiwdi,hech bir yere wikayet elememiwem ve bildirmemiwem.Uwagi xarice aparilmasi uchun razilig vermir.Alimentinin odenilmemesi ataliqindan mehrum esas ola biler? Ve atanin raziligi olmadan xarice aparmaq meselesi mehkeme yolu ile teqribi neche muddete hell oluna biler?

    Alimentin ödənilməməsi atalıqdan məhrum edilməyə əsas ola bilər, və mən bir neçə dəfə buna nail olmuşam. Atağın razılığı olmadan uşağın xaricə aparılması barədə proses təqribən 3 ay çəkir. Vəkil Qulam İsmayılzadə
  • Siveta 2023-07-22 00:13:03

    Salam resmi bosanma zamani 7yasli usaq mehkme qerari ile Anaya verildi ama Ata davernis vermir hec bir sekilde usaqi xarci olkeye aparmaqa mehkeme yoluyla temeli hell edmey olar bunu yeni 1defe aparib getirmeliy deyil dayimi usaqi kecirende olkeden prablem olmasin

    Bəli bu məsələni məhkəmə yolu ilə birdəfəlik həll etmək olar. Vəkil Qulam İsmayılzadə
  • Ramilə Şərifova 2023-08-10 14:53:58

    Vəkil Salam: Biz boşanmamişiq. Sadece aliment kesdirmişəm Ama xaricə getmeliyem raziliq vermir nece ede bilerem ?

    Məhkəməyə müraciət edə bilərsiniz ki qərar qəbul edilsin ki onun razılığı olmadan uşağı xaricə apara biləsiniz. Vəkil Qulam İsmayılzadə
  • Саиг Акбаров 2023-09-10 07:58:20

    Salam. Rusiyada yaşayıram. Uşağın 16 yaşı var. Anası Azərbaycandadı. Uşağı Azərbaycana tək göndərmək üçün hansı sənəd lazımdı? Təşəkkür.

  • Ruslan Huseynov 2023-09-12 18:47:14

    Salam.Men Azerbaycan vetendasiyam.Usaqlarim ikili vetendasdi hal hazirda rusiyadadilar.Yoldasim da rusiya vetendasidi azerbaycanlidi.usaqlar Azerbaycanda dogulublar .Yoldasim bosanma erizesi verib.Men razi deyilem.usaqlarim yanimda olmagini isteyirem.bu mumkundu?bu proses ne qeder vaxt cekir.

    Uşaqların kimin yanında qalmasını məhkəmə müəyyən edir, proses 3-4 ay çəkir. Vəkil Qulam İsmayılzadə
  • Nigar A 2023-09-13 10:14:54

    Salam , mən boşanmışam . Aliment kesilib 193 azn , amma tam vermir alimenti. Özü Rusiyadadı , uşağla mehkemeden heç görüş bele almayıb. Məhkəməyə müraciət etsəm , uşağı xaricə çıxarda bilərəm? Ehtimal var razılığ verilmesine ?

    Müraciət etsəniz çox güman ki iddianız təmin oluna bilər. Vəkil Qulam İsmayılzadə

Şərh yaz