Digər xidmətlər

Mühasibatlıq xidmətləri 
06 Okt

Mühasibatlıq xidmətləri 

“Ismayilzadeh Law & Consulting” şirkəti fərdi sahibkarlara və şirkətlərə mühasibatlıq xidmətləri təklif edir.  Autsorsinq mühasibatlıq xidmətləri üzləşə biləcəyiniz risklərin qarşısını tam olaraq alır və vergi, DSMF və digər sahələrdə sənədləşmə işlərinizin tənzimlənməsini təmin edir.

Mühasibatlıq xidmətləri və audit

“Ismayilzadeh Law & Consulting”  şirkəti fərdi sahibkarlara və şirkətlərə mühasibatlıq xidmətləri təklif edir.  

Bütün gücünüzü və enerjinizi biznes prosesllərində cəmləyib gəlir əldə etmək istəyirsinizsə gərək maliyyə məsələlərinin həllini peşəkar mühasiblərə həvalə edəsiniz.  

Şirkətimiz müştərinin tələblərinə uyğun qiymətdə keyfiyyətli autsorsinq mühasibat xidmətlərini təklif edir. Şirkətimizin təklif etdiyi autsorsinq  (kənardan) mühasibatlıq xidməti MMC və fərdi sahibkarlar tərəfindən ştatda mühasib və auditorlarlar saxlamaq zərurətini aradan qaldırır bu isə öz növbəsində sahibkarı ofis xərclərinidən, işçiyə görə ödənilən vergi xərclərindən və işçinin ştatda saxlanılması ilə bağlı sair xərclərdən azad edir. 

Münasib qiymətə təklif etdiyimiz müstəqil autsorsinq mühasibatlıq xidmətləri həmçinin mühasibatlıqla bağlı üzləşə biləcəyiniz risklərin qarşısını tam olaraq alır və vergi, DSMF və digər sahələrdə sənədləşmə işlərinizin tənzimlənməsini təmin edir.

Rahatlıq və qarşılıqlı əlaqənin asanlığı məqsədi ilə şirkətimizlə mühasibat xidmətlərinin görülməsi barədə müqavilə bağlamış sahibkarların hər birinə (şəxsi mühasib) fərdi mühasib təyin olunur.

“İsmayizadə hüquq və konsaltinq” şirkəti mühasibatlıqla bağlı növbəti xidmətləri təklif edir:

  • İlkin qeydiyyat sənədlərinin rəsmiləşdirilməsi
  • Cari (gündəlik) əməliyyatların (elektron qaimə-fakturaların, invoysların, ödəniş tapşırıqlarının hazırlanması, elektron vergi hesab-fakturaların) həyata keçirilməsi
  • 1 C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması
  • Vergi, DSMF, sığorta, məşğulluq  və digər hesabatların hazırlayaraq Dövlət Vergi Xidmətinə təqdim edilməsi
  • Statitstik hesabatın aparılması
  • 24/7 müştəriyə mühasibatlıq və vergi barədə konsultasiyaların, məsləhətlərin verilməsi
  • İnternet vergi kabinetini daimə nəzərətdə saxlanılması və dövlət vergi orqanları ilə yazışmaların aparılması
  • İşçilərin əmək haqqılarını hesablayaraq müvafiq köçürmələrin edilməsi

Eyni zamanda şirkətimizdə müştərimizin qarşılaşacağı istənilən problemi peşəkarcasına həll edəcək ixtisaslı vergi məsləhətçiləri, hüquqşünaslar və HR mütəxəssisləri heyəti mövcuddur.

  • Alıcıya dərhal hesab faktura vermək lazımdır? və ya qaimə kəsmək lazımdır?
  • Təcili olaraq hesabdan-hesaba pul köçürmək lazımdır?
  • Dövlət Vergi Xidməti gözlənilmədən dərhal sizin hesablarınıza sərəncam qoyaraq pulun dövriyyəsini məhdudlaşdlrmışdır?
  • İnternet Vergi İdarəsindəki şəxsi kabinetinizə məktub gəlib və siz onu dərhal cavablamalısınız?

 

Bütün bu məsələlər artıq sizin üçün stress yaratmayacaq: sadəcə olaraq “Ismayilzadeh Law & Consulting”  şirkəti ilə əlaqə saxlayın və probleminiz ən qısa zamanda həll olunacaq.

Təklif etdiyimiz mühasibatlıq xidmətlərinin qiyməti fərdi qaydada müştərinin istəyinə uyğun olaraq müəyyən edilir. Daha ətraflı məlumat almaq üçün səhifəmizin əlaqə bölməsində göstərilən telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilrəsiniz. 

Yalnız yüksək keyfiyyətli peşəkarlarla iş birliyi sizin biznesinizin inkişafına təminat verir.

#Mühasibatlıq xidməti # mühasibat xidmətləri # muhasibat xidməti # auditor xidmətləri

Şərh yaz